Icma.az
close
up
RU
İran ABŞ danışıqlarından əvvəl avropalılarla görüşməyi təklif edir

İran ABŞ danışıqlarından əvvəl avropalılarla görüşməyi təklif edir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran ABŞ-la danışıqlardan əvvəl bu cümə günü Romada Avropa ölkələri - Britaniya, Fransa və Almaniya ilə görüşün keçirilməsini təklif edib.

Bizimyol.info xəbər verir ki, bu barədə dörd diplomatik mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, avropalı tərəfdaşlar Tehranın təklifinə hələlik rəsmi cavab verməyiblər.

Oman rəsmiləri bildiriblər ki, ABŞ-İran danışıqlarının yeni mərhələsi mayın 3-də Avropada keçirilə bilər, lakin tarix və yerlə bağlı yekun qərar yoxdur.

İran rəsmisi Tehranın mövqeyini belə izah edib: “2015-ci il müqaviləsinin bütün tərəfləri ilə eyni səhifədə qalmaq vacibdir. Ona görə də bu həftə amerikalılarla növbəti danışıqlardan əvvəl üçlüklə görüş faydalı olardı”.

Üstəlik, Romada görüşü təşkil etmək mümkün olmasa, İran cümə gününə qədər Avropa ölkələrindən ibarət nümayəndə heyətini Tehranda qəbul etməyə hazır olduğunu bildirib.

"Reuters"in qeyd etdiyi kimi, Tehranın təşəbbüsü təkcə Vaşinqtonla danışıqlara hazırlıqla deyil, həm də BMT-nin oktyabrda başa çatacaq sanksiyaları məsələsində Avropanın mövqeyini qiymətləndirmək istəyi ilə bağlıdır.

“ABŞ ilə danışıqlar, xüsusən də nüvə addımları ilə bağlı danışıqlar ləng gedir və açıq şəkildə görünür ki, bizə daha çox vaxt lazımdır. Tehran Amerika tərəfinə etimadsızlığına görə müvəqqəti saziş bağlamağa o qədər də meylli deyil”, - deyə İran rəsmilərindən biri bildirib.

Həmçinin: “Müvəqqəti razılaşmaya əsasən, biz öz öhdəliyimizi yerinə yetirdiyimiz halda, qarşı tərəf bunu etməsə necə olacaq? Bizə lazımdır ki, avropalılar bizi başa düşsünlər.  Biz yeni saziş istəyirik və uranın zənginləşdirilməsini məhdudlaşdırmaq üçün addımlar atmağa hazırıq, lakin bizə vaxt lazımdır”, - deyə bildirilir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Aprel 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see335

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see247

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see227

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see224

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see207

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see204

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see193

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see174

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see174

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see173

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see171

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see169

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see169

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see168

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see167

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see165

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri