İran ABŞ danışıqlarının tarixi məlum oldu
Icma.az, Modern.az saytına istinadən bildirir.
İran və ABŞ arasında texniki səviyyəli danışıqlar müvəqqəti fasilədən sonra gələn çərşənbə axşamı yenidən başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi həftəlik mətbuat brifinqində çıxışı qeyd edib ki, Pakistan və Qətər sülh razılaşmasının effektiv icrasını təmin etmək məqsədilə yaxın həftələrdə ABŞ və İrandan gələn texniki heyətlərlə görüşlərini davam etdirəcəklər.
Andrabinin sözlərinə görə, İsveçrədə imzalanan sülh memorandumı və ABŞ-İran danışıqlarının ilk mərhələsi fikir ayrılıqları və münaqişələrin həllində dialoq və diplomatiyanın ən təsirli vasitə olduğuna inamı daha da gücləndirib.
Nazirlik rəsmisi Pakistanın regional sülhün təşviqi, dialoqun dəstəklənməsi və gərginliyin azaldılması istiqamətində oynadığı konstruktiv rola görə müxtəlif ölkələrdən və beynəlxalq tərəfdaşlardan gələn müsbət qiymətləndirmələri və təşviqedici bəyanatları məmnunluqla qarşıladıqlarını bildirib.
Andrabi həmçinin Pakistanın vasitəçilik səylərinə dəstək verən bütün ölkələrə və tərəfdaşlara təşəkkürünü ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 24 İyun 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















