Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

İran ABŞ hərbçilərinin sərhədlərinə yaxınlaşmasından qorxur ŞƏRH

İran ABŞ hərbçilərinin sərhədlərinə yaxınlaşmasından qorxur ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Tehran və Moskva həmişəki kimi bu gün də Cənubi Qafqazda sinxron hərəkət edir

Tehran Ermənistanın Baş naziri Nikol Paşinyana “Tramp yolu”nun (TRIPP) tikintisi ilə bağlı gözlənilmədən yeni və sərt şərtlər irəli sürüb.

Ermənistan mediasının məlumatına görə, İran hakimiyyəti tələb edib ki, TRIPP layihəsinin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri təmin etsin. Ehtimal edilir ki, burada Rusiya Silahlı Qüvvələri nəzərdə tutulur. Məlumata görə, Tehran bununla ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında peyda olmasının qarşısını almağa çalışır. Əks halda, getdikcə kəskinləşən münaqişə şəraitində İran tərəfi ABŞ hərbçilərini legitim hədəf hesab edə bilər. 

Mövzunu şərh edən siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a açıqlamasında bildirib ki, molla rejiminin Ermənistanın baş naziri Nikol Paşinyana “Tramp yolu”nun (TRIPP) tikintisi ilə bağlı sərt şərtlər irəli sürməsi həm İranın bölgədə özbaşınalığının, hegemonluğunun göstəricisidir, həm də ABŞ-ın bölgəyə gəlişindən, onun amerikalıların burada hərbi varlığından qorxduğunun əlamətidir.

Siyasi ekspertin fikrincə, bu hegemonluq və qorxu molla rejiminin sözügedən tələbindən də açıq görünür: “İran hakimiyyəti tələb edib ki, TRIPP layihəsinin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri təmin etsin. "Torbada pişik var" məşhur məsəlimiz, bax, bu yerdə lap yerinə düşür. İran “Ermənistan ərazisində yerləşən üçüncü ölkə" dedikdə hansı ölkəni nəzərdə tutur? Əlbəttə ki, burada məhz Rusiyanın silahlı qüvvələri nəzərdə tutulur. Bu, Rusiyanın rolunu məqsədli şəkildə qabartmaq istəyidir. BU, Tehranla Moskvanın öncədən razılaşdırılmış birgə oyunudur. Tehran bununla ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında peyda olmasının qarşısını almağa çalışır”.

B.Mirzəyev hesab edir ki, Tehran bu yanaşma ilə “bir güllə ilə iki dovşan vurmağa” çalışır:

“İran həm ABŞ hərbçilərinin öz sərhədlərinə yaxın ərazilərdə yerləşməsinin qarşısını almaq, həm də Ermənistan üçün strateji əhəmiyyət daşıyan TRIPP layihəsinin reallaşmasını mümkün qədər çətinləşdirmək niyyətindədir. İran Cənubi Qafqazın nəqliyyat və təhlükəsizlik arxitekturasında söz sahibi olmaq istəyir. TRIPP kimi layihələr isə Tehranın regiondakı təsir imkanlarını azalda bilər. Buna görə də İran prosesi ləngitmək və layihənin təhlükəsizlik mexanizmlərinə təsir göstərmək üçün müxtəlif şərtlər irəli sürür .İranın bu planı Rusiyaya da sərf edir. Ermənistanı cəzalandırmaq istəyən Rusiya İranın bu təzyiq və tələbini göydəndüşmə hesab edir. Bir sözlə, Tehran və Moskva həmişəki kimi bu gün də Cənubi Qafqazda sinxron hərəkət edir. Çünki Moskva ilə Tehranın Cənubi Qafqazda maraqları böyük ölçüdə üst-üstə düşür. Ancaq xoşbəxtlikdən, bu "cütlük" bölgəyə əvvəlki təsir imkanlarını artıq çoxdan itirib. Belə sərt reaksiyalar və tələblər adətən o zaman ortaya çıxır ki, o tələbləri irəli sürən tərəflər öz əvvəlki dominant mövqelərinin zəiflədiyini hiss edir. Deməli, Tehran və Moskva artıq regionda əvvəlki qədər sərbəst hərəkət edə bilmədiklərinin fərqindədirlər”.

Siyasi ekspertin fikrincə, Ermənistanın bu təzyiqlərdən çıxmasının yolu müxtəlif güc mərkəzləri ilə balanslı əməkdaşlıq qurmaqdan keçir: “Paşinyanı Moskva və Tehranın məngənəsindən çıxara biləcək əsas amillərdən biri Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafıdır. Bununla yanaşı, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi də Ermənistanın manevr imkanlarını artırır. İrəvan üçün əsas məsələ regional nəqliyyat layihələrinin qarşısını alan xarici təzyiqləri neytrallaşdırmaq və öz maraqlarına uyğun balanslı siyasət yürütməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Sentyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri