Icma.az
close
up
RU
İran ABŞ la danışıqlara başlamaq üçün sanksiyaların ləğvini şərt kimi irəli sürür

İran ABŞ la danışıqlara başlamaq üçün sanksiyaların ləğvini şərt kimi irəli sürür

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tehran yalnız ABŞ prezidenti Donald Trampın İslam Respublikasına qarşı bütün Amerika sanksiyalarını ləğv etməsindən sonra Vaşinqtonla danışıqlar aparacaq.

Bizimyol.info xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Fəda Hüseyn Mələki deyib.

“Əgər Tramp həqiqətən danışıqlar istəyirsə, bu istiqamətdə ilk addım qəddar sanksiyaların tamamilə ləğvi olmalıdır, bundan sonra İranın milli maraqları nəzərə alınmaqla danışıqlar davam etdirilməlidir. Ali dini lider Ayətullah Əli Xameneinin qərarına əsasən, milli maraqlarımızın qorunduğunu bildiyimiz zaman danışıqlar masasına oturacağıq”, - deyə deputat “Defa Press” portalına bildirib.

Martın 7-də Tramp bildirib ki, o, Xamneyiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamağı təklif edən mesaj göndərib. İran lideri Amerika prezidentinin bəyanatını şərh edərkən qeyd edib ki, İslam Respublikası ABŞ-la danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.

“Bloomberg” daha əvvəl mənbələrə istinadən xəbər verir ki, Moskva Tehranla danışıqlarda Vaşinqtona kömək etməyə hazır olduğunu bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml ABŞ-ı narahat edən İslam Respublikasının nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həlli üçün potensial görür.

Fevralın 4-də Tramp ABŞ-ın İrana maksimum təzyiqini yeniləmək üçün fərman imzalayıb. Bu, xüsusilə Vaşinqtonun İran neftinin ixracını azaltmağa yönəlmiş səyləri gücləndirməsini təmin edir. Eyni zamanda Tramp Tehranla “böyük sövdələşmə” bağlamaq arzusunu ifadə edib və İran prezidenti Məsud Pezeşkianla görüş ehtimalı barədə fikir səsləndirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Mart 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri