Icma.az
close
up
RU
Danışıqlara başlamaq üçün danışıqlar ABŞ ilə İran barışır?

Danışıqlara başlamaq üçün danışıqlar ABŞ ilə İran barışır?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ və İran arasında nüvə məsələsi ilə bağlı danışıqların növbəti raundu İtaliyanın paytaxtı Romada keçirilə bilər. Bildirilir ki, ABŞ və İran rəsmilərinin görüşünün şəxsi formatda keçirilmə ehtimalı var. O da vurğulanır ki, ikinci görüşdən əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İrana gedəcək. Onun ölkədəki nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə edəcəyi gözlənilir. Qeyd edək ki, danışıqların ilk mərhələsi bu il aprelin 12-si Omanda keçirilib. İkinci mərhələnin də Omanda keçiriləcəyi güman edilirdi, lakin ABŞ tərəfi başqa məkan təklif edib.

ABŞ və İran arasında 2015-ci ildə qəbul edilmiş Birgə Hərtərəfli Fəaliyyət Planına əsasən, Tehran nüvə fəaliyyətlərini məhdudlaşdırmağa razı olub, əvəzində isə ona qarşı beynəlxalq sanksiyalar qaldırılıb. Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp ilk hakimiyyəti dönəmində bu razılaşmadan birtərəfli olaraq çıxıb. Bundan sonra gərginlik artıb və İran da razılaşmadakı öhdəliklərindən tədricən imtina edib.

ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası 2021-ci ildən razılaşmaya qayıtmağa çalışıb. Bir neçə mərhələdə yaxınlaşma olsa da, əsas maneələr İranın uran zənginləşdirmə səviyyəsi və ABŞ-nin sanksiyaları tam aradan qaldırmaqdan imtina etməsi ilə əlaqədar olub. Tərəflər arasında diplomatik təmaslar davam etsə də, konkret razılaşma əldə olunmayıb.

Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Rəşad Bayramov ABŞ və İran arasında Omanda keçirilən ilk görüşün nəticələrini tərəflərin "danışıqlara başlamaq üçün danışıqlar aparması" kimi qiymətləndirib:

"Bu görüşdə tərəflər əsasən bir-birinin mövqelərini, müzakirə oluna biləcək mövzuların konturlarını müəyyənləşdirmiş oldular. Görüşdən əvvəl bir-birlərinə qarşı sərgilədikləri sərt ritorikaya baxmayaraq, danışıqlara nədən başlamalı olduqları və eləcə də nələrdə güzəştə gedə biləcəkləri ilə bağlı fikirlərini uzlaşdırmağı bacardılar. Bu baxımdan da ilk görüşün nəticələrini ehtiyatlı da olsa, nikbinlikə qiymətləndirmək olar. İlk görüş hər iki tərəfin güzəştə hazır olduğunu ortaya qoydu. Belə ki, ABŞ tərəfinin birbaşa təmas istəyinə qarşı İranın dolayı danışıqlara üstünlük verməsi ABŞ tərəfindən qəbul olundu. İran hesab edir ki, ABŞ nüvə sazişindən məhz Trampın birinci hakimiyyəti dönəmində birtərəfli qaydada çıxdığı və ardınca da İrana sanksiyalar tətbiq etdiyi üçün indiki məqamda birbaşa danışıqlar mümkün deyil. Bunun üçün Vaşinqtonun konstruktiv yanaşma sərgiləməsi və ultimatum dilindən imtina etməsi lazımdır. İkinci bir tərəfdən ABŞ-nin digər məsələdə də əvvəlki maksimalist mövqeyindən geri çəkildiyinin şahidi olduq. Məlumdur ki, ABŞ təkcə İranın nüvə anlaşmasına qayıtmasını yox, eləcə də ayrı-ayrı bölgələrdə proksi qüvvələrə verilən dəstəyi dayandırmaq və ballistik raket istehsalından imtina etməyi tələb edirdi. Biz hətta ayrı-ayrı ABŞ rəsmilərindən İranın nüvə infrastrukturunu sökməyə çağıran bəyanatlara da şahidlik etdik".

"İndi isə danışıqlar masasında yalnız bir məsələnin, yəni İranın nüvə anlaşmasına qayıtmasının olması onu göstərir ki, ABŞ bu məsələdə də kompromisə gedib. Təbii ki, İran da öz növbəsində bir sıra məsələlərdə geri çəkilib. Məsələn, İran əvvəl 2015-ci il nüvə sazişində nəzərdə tutulan uranın zənginləşdirilməsi səviyyəsinə qayıtmağın mümkün olmadığını və həmin dövrdən sonra böyük məsafə qət etdiyini deyirdisə, indi müvafiq razılaşmaya hazırlığını dilə gətirir. Təbii ki, İran bunun müqabilində sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərə çıxış imkanının bərpa olunmasını istəyir. Yəqin ki, bu istiqamətdə müzakirələr növbəti görüşlərdə ətraflı şəkildə masaya yatırılacaq. İkinci bir tərəfdən, İran açıq şəkildə proksi qüvvələrə olan dəstəkdən imtina etməsə də, Yəməndə olan hərbi qüvvələrini geri çəkməsi güzəştə hazır olduğunu göstərir", - deyə politoloq əlavə edib.

Müsahibimizin sözlərinə görə, danışıqların növbəti raundunda ən vacib məsələ ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun da dediyi kimi, İranın nüvə enerjisi proqramının hərbi məqsədlərə yönəlməməsini təmin etmək üçün "yoxlama proqramı" axtarışı ilə bağlı olacaq:

"Tehran artıq belə bir razılaşmaya hazır olduğunu bildirib. Ümumilikdə görünən odur ki, tərəflər müharibə yox, danışıqlar vasitəsilə problemin həllinə üstünlük verirlər. İran təbii ki, müharibədən maksimum şəkildə qaçır, çünki onun ABŞ, İsrail və digər anti-İran blokuna qarşı dayanmaq imkanları yoxdur. Tramp isə proseslərə biznes maraqları ilə yanaşır. Tramp yaxşı bilir ki, yeni müharibə əlavə hərbi xərclər deməkdir. Hal-hazırda ABŞ-nin hərbi xərclərinin 10 faiz həcmində azaldılmasını qarşıya məqsəd qoyan Tramp administrasiyası üçün İranla hərbi toqquşma elə də arzuolunan deyil. İkinci bir tərəfədən, belə bir toqquşma olarsa, bu, Fars və Oman körfəzlərində, Hörmüz boğazında ciddi problemlər yarada bilər və nəticədə bunun acı nəticələri dünya bazarında hiss olunmağa başlayar. Bu isə indiki halda ABŞ-nin maraqlarında deyil".

"Növbəti danışıqlardan gözlənti budur ki, əgər Tramp administrasiyasının İranın uranın zənginləşdirilməsi imkanlarını məhdudlaşdırmaq və bu prosesi daha yaxından izləmək üçün təklif edəcəyi həll yolu Tehran tərəfindən qəbul ediləcəksə, düşünürəm ki, İranın başqa yolu olmayacaq. O zaman gələcəkdə əhəmiyyətli irəliləyişlərin əldə olunması ehtimalı var", - deyə ekspert fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri