Icma.az
close
up
RU
“İran ABŞ la qarşıdurma mərhələsinə qədəm qoyub” SƏDRƏDDİN SOLTAN

“İran ABŞ la qarşıdurma mərhələsinə qədəm qoyub” SƏDRƏDDİN SOLTAN

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ İsraili dəstəkləməyə, hərbi bazalarını saxlamağa və Yaxın Şərq işlərinə müdaxilə etməyə davam etdiyi müddətdə İranla əməkdaşlıq mümkün deyil.

Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

İranın ali lideri Ayətullah Seyyid Əli Xameneinin bu açıqlaması ABŞ prezidenti Donald Tramp administrasiyasının İrana təzyiqi gücləndirmək cəhdləri fonunda səslənib.

“Amerikalılar bəzən İranla əməkdaşlıq etmək istədiklərini bildirirlər. Lakin ABŞ lənətlənmiş sionist rejimi dəstəklədiyi, hərbi bazalarını saxladığı və region işlərinə qarışdığı müddətcə İranla əməkdaşlıq mümkün deyil,” – deyə Xamenei bəyan edib.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan ABŞ İran gərginliyindən bəhs edib.

Siyasi şərhçi bildirib ki, iki ölkə arasında münasibətlərin gərginləşməsinin tarixi kökləri ötən əsrin ortalarına gedib çıxır:

“Yeri gəlmişkən, söhbətimizə 1979-cu il noyabrın 4-də baş verən hadisə ilə başlayaq.

Həmin gün Ayətullah Ruhullah Xomeyninin tərəfdarı olan tələbə və gənclər ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək, səfirlik əməkdaşlarını 444 gün girov saxladılar. Onların əsas tələbi Məhəmməd Rza Şahın İrana təhvil verilməsi və orada mühakimə olunması idi.

Əslində, ötən əsr boyunca İranla ABŞ arasında münasibətlər heç vaxt sabit və birmənalı olmayıb — bu münasibətlər ya yüksəlişdə olub, ya da böhranla müşayiət olunub.

Məsələn, 1953-cü ilin avqustunda Məhəmmədəli Müsəddiq hökumətinin devrilməsi və Məhəmməd Rza Şahın hakimiyyətə gətirilməsi hadisəsi, eləcə də sonradan ABŞ rəsmilərinin bu müdaxiləyə görə İran xalqından üzr istəməsi münasibətlərin ziddiyyətli tarixinin bir nümunəsidir”.

Sədrəddin Soltan qeyd edib ki, 1979-cu il inqilabı dövründə də ABŞ İranla münasibətləri tamamilə pozmaq niyyətində olmayıb:

“Əksinə, bir sıra mənbələrin dəqiqləşdirdiyi kimi, Xomeyninin hakimiyyətə gəlməsi ABŞ-ın razılığı və dolayısı dəstəyi ilə mümkün olub.

Lakin münasibətlərin kəskin şəkildə pozulmasına səbəb Məhəmməd Rza Şahın İrana verilməməsi və İsrail məsələsi oldu. Sonrakı illərdə isə İran–İraq müharibəsi bu ziddiyyətləri daha da dərinləşdirdi.

İran hakimiyyəti bir müddət müxtəlif istiqamətlərdə öz mövqeyini gizlədə bilirdi. Məsələn, əvvəlcə Həmas, Hizbullah və digər “müqavimət hərəkatları”nın arxasında dayanaraq öz rolunu kölgədə saxlaya bilirdi. Amma indi bu, artıq mümkün deyil — İran hakimiyyəti həm regionda, həm də beynəlxalq səviyyədə ifşa olunmuş vəziyyətdədir.

Nəticədə İran ABŞ-la açıq qarşıdurma mərhələsinə qədəm qoyub.

Əvvəllər Tehran Vaşinqtonla danışıqlarda bir növ naz edirdi. Amma istər-istəməz, İran hakimiyyəti daxilində ABŞ-a qarşı qəribə bir “emosional asılılıq” da var idi. Çünki əgər ABŞ İrana azacıq diqqət və ya təbəssüm göstərsəydi, İran hakimiyyəti sanki onun əlindən tutmaq üçün tələsərdi”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri