Icma.az
close
up
RU
Sədrəddin Soltan: İran əvvəllər Yaxın Şərqdə oynadığı rolu indi Cənubi Qafqazda da oynamaq istəyir

Sədrəddin Soltan: İran əvvəllər Yaxın Şərqdə oynadığı rolu indi Cənubi Qafqazda da oynamaq istəyir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, Qafqaz üçün nəzərdə tutulan “Tramp proqramı” mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsi ilə eynidir. İranın ali rəhbərinin baş müşaviri qeyd edib ki, Tehran buna qəti şəkildə qarşıdır. Vilayəti xatırladıb ki, İran əvvəldən Zəngəzur dəhlizinə qarşı olub, çünki Tehran regiondakı sərhədlərin istənilən dəyişdirilməsini rədd edir və öz ətraf təhlükəsizlik mühitinə təhdid yarada biləcək risklərdən ehtiyatlanır.

Politoloq Sədrəddin Soltan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın ali rəhbəri, Seyid Əli Xamneinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı belə avantürist və yarımçıq çıxışı ilk dəfə etmir: “Bu İranın dili daha çox İran hakimiyyətinin arxasında dayanan, onun əsas dayağı sayılan İnqilab Keşikçilər qvardiyasının, yəni SEPAH-ın mövqeyidir. SEPAH həmişə Azərbaycana qarşı Azərbaycan Respublikasına qarşı, Azərbaycan Respublikasının Qərblə İsraillə münasibətləri inkişaf etdirməsinə qarşı çıxış edib. Eləcə də, SEPAH Azərbaycan-NATO münasibətlərinə qarşı çıxış edib”.

Sədrəddin Soltan

Politoloqun fikrincə, Əli Əkbər Vilayətinin bu çıxışı mürtece çıxışdır, "su bulandırmaq" üçün verilən açıqlamadır: “Həm NATO, həm Amerika Birləşmiş Ştatları, Rusiyanın və İranın ətrafında Zəngəzur dəhlizi olmadan da var. İraqda, Pakistanda, ərəb ölkələrində, körfəzdə var, Avropada, Baltikyanı bütövlükdə Rusiya ilə sərhəddə olan ölkələrdə, həmsərhəd ölkələrdə ABŞ, NATO var, Avropa Birliyi var. Həmin ərazilərdən keçən yollar ABŞ-ın və NATO-nun ümumi maraqlarını və siyasətini həyata keçirir. Zəngəzur dəhlizi, təkcə ABŞ- nin maraqlarını ifadə etmir. Bu dəhliz İran hakimiyyətinin arxasında dayanan, onu siyasi və iqtisadi cəhətdən dəstəkləyən Çinin də maraqlarını ifadə edir.

Azərbaycanla Çin arasında bağlanmış tərəfkeşlik müqaviləsinə əsasən, Çin Azərbaycandan keçən Orta Dəhlizi dəstəkləyir və bu dəhlizin dəstəklənməsi Zəngəzur dəhlizinin dəstəklənməsi anlamına gəlir. Çin artıq yük daşımalarını Orta Dəhliz vasitəsilə həyata keçirir. Rusiya açıq şəkildə heç vaxt Zəngəzur dəhlizinə, Zəngəzur dəhlizinin reallaşmasına qarşı açıqlama verməyib. Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı münasibəti də bəllidir. Çünki Zəngəzur dəhlizinin ideyasından əvvəl 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda kommunikasiyaların açılması məsələsi, Zəngəzur dəhlizinin açılması da həmin kommunikasiyaların açılmasını genişləndirilmiş və daha mükəmməl formasıdır.

Başqa sözlə, Avropa ilə Asiyanı birləşdirəcək bir dəhlizdir. O ki, qaldı İran hakimiyyəti daxilində Zəngəzur yolunun məsələsinə, bu məsələ İran prezidenti ölkənin ikinci şəxsi Məsud Pezeşkian münasibət bildirib. Pezeşkian deyib ki, Bu dəhliz İrana heç bir təhlükə yaratmır.

Digər tərəfdən Vilayəti bir qədər də özünü küt aparır. Guya bu dəhliz ölkənin hansısa ölkənin, yəni region ölkələrindən hər hansı birinin ərazisini, xüsusən Ermənistanın ərazi bütövlüyü məsələsində problem yaradacaq”.

“Ermənistan rəsmiləri dəfələrlə bəyan edib ki, bu dəhliz Ermənistanın ərazi bütövlüyü təhlükəsizliyinə heç bir problem yaratmır. Əksinə, o, Ermənistanın ərazi bütövlüyü və təhlükəsizlik üçün etibarlı təminatlardan sayılır. İran ali rəhbərinin müşaviri ilə görüşən Ermənistanın İrandakı səfiri Akopyan bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyünü təhdid etmir”-Sədrəddin Soltan vurğulayıb.

Ərazi Ermənistanındırsa, təhlükəsizliyə Ermənistan məsuliyyət daşıyırsa, müqavilə imzalayan Ermənistan tərəfidirsə İran niyə narahatdır?

Politoloqun fikrincə, İran ona görə narahatdır ki, nəqliyyat xətlərinin keçirilməsi və nəqliyyat xətlərinin şaxələnməsi kimi beynəlxalq layihələrdən kənarda qalır: “İran hakimiyyəti yürütdüyü aqressiv siyasət, yürütdüyü hərbi siyasətə, qonşularla münasibətdə davranışına və müsəlman dünyasındakı pozuculuq fəaliyyətinə, Qərblə əlaqələrini və münasibətlərini normallaşdırmadığına, nüvə proqramındakı şübhəliliyə, yəni şəffaf olmamağa görə və yürütdüyü daxili siyasətdə insan hüquqlarını pozduğuna, edamları artırdığına, siyasi azadlıqlarına, sərbəst toplaşmaq azadlığına və s. bu kiimi azadlıqları məhdudlaşdırdığına görəvə Yaxın Şərqdə yürütdüyü aqressiv siyasətə görə Qərbin sanksiyalarına məruz qalıb.

Qərbin sanksiyalarına məruz qaldığına görə də nəqliyyat xətlərinin, şaxələnməsi layihələrində, energetika sahələrinin şaxələnməsi, energetika, enerji daşıyıcılarının ötürülməsi layihələrindən kənarda qalır. Br çox hallarda təcrid olunur və sanksiyalara məruz qalır. Məsələn; İran nefti və təbii qazına beynəlxalq sanksiyalar tətbiq olunub. Bu sanksiyalardan yayınmaq üçün vəziyyətdən qara bazar vasitəsilə çıxmağa çalışır.

Əvvəllər İran “3+3” formatından narahat idi və müəyyən mənada buna qarşı çıxırdı. İndi “3+3” formatından İran hakimiyyəti iki əllə yapışmağa başlayıb, yəni onu vacib hesab edir. Amma heç kimə sirr deyil ki, həm Azərbaycan, həm Ermənistan, həm Gürcüstan, Cənubi Qafqaz ölkələri kimi dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq aparır və regionda marağı olan dövlətlərlə əməkdaşlıq edib və bu əməkdaşlıq isə genişlənə bilər. Məsələn; Azərbaycan Çinlə əməkdaşlıq edirsə, bu “3+4” ola bilər. Azərbaycan ABŞ ilə əməkdaşlıq edirsə, “3+5” ola bilər. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edirsə, bu, “3+6” ola bilər. Eyni məsələni Ermənistana da şamil etmək olar. Yəni həm Azərbaycan, həm Ermənistan Ermənistan əməkdaşlıq etdiyi istiqamətlər oxşardır. Həm Azərbaycan, həm Ermənistan Rusiya ilə də, İranla da, Türkiyə ilə də əməkdaşlıq edir və Ermənistan perspektivdə Türkiyə ilə də əməkdaşlıq etməyə can atr. Bu da regionun təhlükəsizliyinin, regionun sabitliyinin təminatına yardım edən amillər ola bilər. Regionun iqtisadi cəhətdən güclənməsinə yardım edən amillər ola bilər”.

Sədrəddin Soltan vurğulayıb ki, Tehran hakimiyyəti bu oyundan da kənarda qala bilər: “İranın bu formatlardan kənarda qalması onun Cənubi Qafqazdan da özünə doğru sıxışdırılmasına səbəb ola bilər”.

Sədrəddin Soltan bildirib ki, İranın istədiyi Yaxın Şərqdə əvvəllər oynadığı rolu Cənubi Qafqazda da oynamaq cəhdidir: “Yaxın Şərqdə, məsələn, Qəzzada, Livanda, İraqda, Suriyada, Yəməndə oynadığı atları, Cənubi Qafqazda oynatmasına meydan verilmir. Vilayəti müşavirlik edir, Məsud Pezeşkian dövlətin konstitusiya ilə ikinci rəsmi şəxsidir. Bu da o deməkdir ki, Xamenei olmadığı təqdirdə müvəqqəti olaraq ölkənin bütün məsələlərinə cavabdeh prezidentdir. Bu baxımdan Azərbaycan üçün, eləcə də Tramp dəhlizi və yaxud Zəngəzur yolu üçün əsas mövqe ümumxalq səsverməsi yolu ilə seçilmiş Məsud Pezeşkianın mövqeyidir. Məsud Pezeşkian bu yolun, Zəngəzur dəhlizinin İranın təhlükəsizliyinə təhdid olmadığını bildirir. Bu açıqlamasından sonra İranın ali rəhbəri Xamenei açıq şəkildə bildirməsə də, ümumilikdə Məsud Pezeşkianın bəyanatlarını və həyata keçirdiyi ideyaları təqidir edib, ona təşəkkür etmişdir. Vilayəti köhnə bayatıları səsləndirməklə, SEPAH-ın mövqeyini təbliğ edir və bulanıq suda balıq tutmağa çalışır. Vilayətinin siyasi karyerası da bitib”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see272

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see182

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see150

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see142

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri