İran ABŞ ni gəmi hücumunda ittiham etdi: “Cavab veriləcək”
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
İranın hərbi rəhbərliyi ABŞ-yə qarşı ciddi ittihamlar səsləndirib.
Redaktor.az xəbər verir ki, İran Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığı bazar ertəsi günü ABŞ-nin Oman dənizində İran ticarət gəmisinə hücum etdiyini və bunun nəticəsində atəşkəsin pozulduğunu bildirib.
Qurumun sözçüsü iddia edib ki, ABŞ qüvvələri gəmiyə atəş açıb, naviqasiya sistemlərini sıradan çıxarıb və dəniz piyadalarını “dəniz piratçılığı” adlandırılan əməliyyata cəlb edib.
Açıqlamada qeyd olunub ki, İran silahlı qüvvələri hər hansı qarşıdurmaya hazırdır və ABŞ-nin “silahlı hücumlarına” cavab verəcəklər.
Məlumata görə, tərəflər arasında gərginlik son dövrlərdə dəniz marşrutları və bölgədəki hərbi fəaliyyətlər fonunda artmaqdadır.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















