Icma.az
close
up
RU
İran ABŞ nin bir tələbini qəbul edib Tramp hansı qərarı verəcək?

İran ABŞ nin bir tələbini qəbul edib Tramp hansı qərarı verəcək?

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ ilə aparılan danışıqlar ölkənin ali rəhbəri Əli Xameneinin koordinasiyası və dəstəyi ilə həyata keçirilir.

Bu, o deməkdir ki, İranı danışıqlarda təmsil edən xarici işlər naziri Abbas Əraqçı ilk növbədə ali rəhbərin təlimatına istinad etməlidir. İran mühafizəkarları ABŞ-dan çəkinmədiklərini söyləsələr də, müharibə ehtimalının qarşısını almağa çalışırlar”.

“AzPolitika” bildirir ki, bunu politoloq Elxan Şahinoğlu İran-ABŞ danışıqlarının gedişatını şərh edərklən deyib.

Ekspert Tehranın uranın zənginləşdirilməsi məsələsində güzəştə getməyə hazır olduğunu nümayiş etdirməsini təsadüfi saymır: “Bundan başqa Tehran zənginləşdirilən uranın üçüncü ölkələrdən birinə təhvil verməyə də hazırdır. Üçüncü ölkə kimi Rusiyanın adı çəkilir. Kremllə dialoqu olan ABŞ Prezidenti Donald Tramp buna etiraz etməz. Ancaq məsələ bununla bitmir. Trampın İranın uranın zənginləşdirilməsindən imtinasından başqa İrana ünvanladığı daha 2 tələbi - uzaqmənzilli ballistik raketlərdən və bölgədəki silahlı qruplara dəstəkdən imtina da var idi. Bu tələblərin yerinə yetirilməsi ABŞ-ın bölgədəki strateji müttəfiqi İsrailin təhlükəsizliyinin təmin edilməsi istəyi ilə bağlıdır”.

E.Şahinoğlu qeyd edir ki, ancaq Tehran Vaşinqtonla yalnız uran mövzusunda danışıqları davam etdirməyə razılığını bildirib, digər mövzuları isə müzakirə etmək istəmir. 

“Tehran Vaşinqtonun uranın zənginləşdirilməsiylə bağlı tələbini yerinə yetirərsə, müharibə ehtimalı ortadan qaldırılacaqmı və ABŞ hərbi gəmilərini İran sahillərindən uzaqlaşdıracaqmı? Tramp qərar verməyib”, - o vurğulayıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Fevral 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri