İran ABŞ qarşısında üstünlük qazandığına inanır
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
İran rəhbərliyi ABŞ ilə davam edən qarşıdurmada üstün mövqedə olduğuna inanır.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə danışan analitik Mona Yakubyan bildirib.
Onun sözlərinə görə, Tehranın bu qənaətə gəlməsinin əsas səbəbi ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana qarşı səsləndirdiyi sərt təhdidlərin bir qismini sonradan həyata keçirməməsidir.
"Tramp hər dəfə təhdidlərindən geri çəkildikdə, bu, İrana ABŞ-nin zəif olduğu və İranın bu münaqişədə üstünlüyə malik olduğu mesajını verir", – deyə Yakubyan vurğulayıb.
Analitik hesab edir ki, Vaşinqtonun bu cür addımları İran rəhbərliyinin öz imkanlarına və danışıqlardakı mövqeyinə inamını gücləndirə bilər.
Bildirilib ki, İran rəhbərliyi daha əvvəl ABŞ ilə münasibətlərdə çeviklik nümayiş etdirmək üçün atdığı addımların gözlənilən nəticəni vermədiyi qənaətinə gəlib. Rəsmi Tehran hesab edir ki, həmin cəhdlər yalnız ölkənin danışıqlar prosesindəki mövqeyini zəiflədib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Avqust 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















