İran ABŞ yə vaxt qoydu Ya razılaşma, ya da müharibə
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran ABŞ-yə tələblərini yerinə yetirmək üçün bir neçə həftə vaxt verib. Danışıqlar uğursuz olacağı təqdirdə hərbi variant masa üzərindədir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İranın yüksək vəzifəli rəsmisi agentliyə danışıqlar prosesinin faktiki olaraq çıxılmaz vəziyyətə düşdüyünü bildirib. Strateji əhəmiyyətə malik Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunması da baş tutmayıb.
Mənbənin sözlərinə görə, İran təkcə boğazda deyil, həm də daha geniş regionda mümkün eskalasiyaya hazırlaşır.
Mənbə əlavə edib ki, diplomatik səylər uğursuz olarsa, Tehran dəniz blokadasını qırmaq üçün "vaxtında və dəqiq" hərbi zərbə endirməyə hazırdır.
İran rəsmisinin sözlərinə görə, ABŞ bir neçə həftə ərzində əvvəlki razılaşmanın bütün müddəalarını həyata keçirməlidir. Tehran bunu danışıqların davam etdirilməsi üçün zəruri şərt adlandırır.
Rəsmi şəxs əlavə edib ki, vasitəçilər Tehranın müəyyən etdiyi son tarix barədə Vaşinqtona və regiondakı digər ölkələrə məlumat verməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 17 Avqust 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















