Icma.az
close
up
RU
İran agenturası Azərbaycanda yenidən fəallaşdı Təcili tədbir görülməlidir

İran agenturası Azərbaycanda yenidən fəallaşdı Təcili tədbir görülməlidir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər İranın Azərbaycandakı təsir agentləri yenidən fəallaşıb. Rusiyanın tanınmış hərbi analitiki İqor Korotçenkonun APA-ya müsahibəsinə sosial şəbəkələrdə verilən reaksiyalar bunu deməyə əsas verir. Belə ki, analitik Suriyadakı hadisələrin benefisiarının ABŞ, Britaniya, Türkiyə və İsrail olduğunu bildirib: “Suriya məsələsində açıq-aydın məğlub olan tərəf isə İrandır. İran yaxşı başa düşür ki, növbə onundur”.

İran agenturası Suriya mövzusunda başlayan müzakirələrdə xüsusilə fəal çıxışlar edib. Bu, ölkənin təhlükəsizliyi üçün yeni təhdidlər yaradırmı? Növbəti həbslər ola bilərmi? Azərbaycanda İran tərəfdarları həqiqətən bu qədər çoxdur?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, İran-Azərbaycan münasibətləri hər zaman müsbət olmayıb:

“İran ona qonşu olan Azərbaycana qarşı zaman-zaman qərəzli mövqelər sərgiləyib. Fars molla rejimi anti-Azərbaycan siyasəti aparıb. Birinci Qarabağ müharibəsi zamanı rəsmi Tehran düşmən Ermənistana həm maddi, həm də hərbi dəstək göstərib. İkinci Qarabağ müharibəsində də eyni ssenarinin şahidi olduq. Rəsmi İrəvana ötürülən silahlar İran üzərindən keçirildi. İran Füzuli, Cəbrayıl, Zəngilanla sərhədboyu ərazidə yerləşir. Həmin dövrdə Azərbaycandan kəşfiyyat məlumatları da İrəvana ötürülürdü.

Azərbaycan öz torpaqları üzərində suverenliyini bərpa etdikdən sonra gündəmdə olan məsələlərdən biri də məhz Zəngəzur dəhlizinin açılması idi. İran buna da mane oldu. Özünün qırmızı xətti adlandırdı. Digər tərəfdən səfirliyimizə qarşı həyata keçirilən terror aktı, səbəbkarların cəzalandırılması prosesinin tam icra edilməməsi və s. kimi məsələlər də var. Ümumiyyətlə, Azərbaycana qarşı rəsmi Tehranın mövqeyi hər zaman bəlli olub”.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, suverenliyini bərpa etməsi ilə İranın ölkəmizə münasibəti daha da kəskinləşdi, aqressiv xarakter aldı:

Anar İsayev

“İran bilir ki, Şimali Azərbaycan müstəqillik əldə edibsə, nə vaxtsa Cənubi Azərbaycan da müstəqillik qazanacaq. Azərbaycanda İrana casusluq edən xeyli sayda təhlükəsizlik əməkdaşları və digər şəxslər aşkar edilərək həbs olunub. Son günlər sosial şəbəkələrdə də İran maraqlarından çıxış edən, ona meylli azərbaycanlıların sayı daha da artıb. Bu aktivlik yaxşı bir hal deyil. Azərbaycan və Türkiyənin qardaş münasibəti, İsraillə dostluğumuz İranı qıcıqlandırdı. Çünki rəsmi Tehran İsraili və müəyyən vaxt ərzində də Türkiyəni özünə düşmən hesab edirdi.

Suriyada 53 illik Əsəd rejiminin devrilməsi də İranı sarsıdan məqamdır. Çünki bu rejimin əsas dəstəkçiləri İran və Rusiya olub. Tehran bu istiqamətdə daha çox aktivlik nümayiş etdirirdi. Ona görə ki, Suriya üzərindən Livana, öz proksi qüvvələrinə yardımlar göndərirdi. Son məlumatlara görə, İran Əsəd rejiminin hakimiyyətdə qalması, Suriyada öz proksi qüvvələrinin yerləşdirilməsi üçün bu günə qədər 30 milyard dollara yaxın vəsait xərcləyib. Suriyadakı həmin rejimin devrilməsində əsas rollarda Türkiyə və İsrail gedirdi. Nəticədə həmin vəsaitlər havaya uçdu”.

Anar İsayevin fikrincə, Azərbaycanda İran casuslarının hələ də mövcud olması xoşagəlməz haldır:

“Ölkəmizin təhlükəsizliyinə müəyyən təhdidlərin yarandığını demək olar. Açıq-aşkar sosial şəbəkələrdə heçnədən çəkinmədən , qorxmadan belə qərəzli yanaşmalar, fikirlər səsləndirirlərsə, İrana sevgi, Azərbaycana və müttəfiqlərinə nifrət göstərirlərsə, artıq müəyyən tədbirlər görülməlidir. Ümumilikdə İran son çırpınışlarını edir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri