Icma.az
close
up
RU
İran Ankara və Bakını hədəf alıb: Xameneinin adamları niyə təhqir yağdırır?

İran Ankara və Bakını hədəf alıb: Xameneinin adamları niyə təhqir yağdırır?

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlərdə İranın dini tədbirlərində Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirilən təhqirlər İran dövlətinin riyakar və ikiüzlü siyasətinin növbəti nümunəsidir.

Bu günlərdə də eyni halı müşahidə edirik. Belə ki, İran Dövlət Televiziyasında canlı yayımlanan “Çaldıran və Müqavimət Şəhidlərini Anma Mərasimi” proqramında oxşar hal baş verib.

İran lideri Ayətullah Xameneinin Ərdəbil nümayəndəsi Ayətullah Amuli də bu təhqirləri dinləyənlər sırasındadır...

Bu hadisələr İranın beynəlxalq səviyyədə məsuliyyətsiz davranışlarının tərkib hissəsi olmaqla yanaşı, onun bölgədə artan narahatlığını da göstərir.

Görünən odur ki, Azərbaycan Prezidentinin Güney Azərbaycanda və regionun digər hissələrində artan nüfuzu İran hakimiyyətini ciddi narahat edir.

İranın ikiüzlü münasibəti

İran dövləti və onun əsas güc strukturu olan SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) təşkil etdiyi dini tədbirlərdə təhqirlərin səslənməsi təsadüfi deyil. Əgər bu cür addımlar İranın özünə qarşı atılsaydı, ölkədə dərhal böyük qalmaqal yaradılardı. Amma məsələ Azərbaycana və Türkiyəyə gəldikdə, Tehran sanki susqunluğa qərq olur. Bu, İranın ikili standartlarını bir daha ortaya qoyur. Təxribat xarakterli çıxışların məqsədi yalnız Azərbaycan və Türkiyə liderlərinin beynəlxalq nüfuzuna zərbə vurmaq deyil, həm də İranın daxilində yaşayan milyonlarla azərbaycanlını təzyiq altında saxlamaqdır.

İranın geosiyasi uğursuzluğu

İranın regional siyasəti son onilliklərdə ardıcıl uğursuzluqlarla müşayiət olunur.

-ABŞ-a cavab verə bilmir: İran ABŞ-ın general Qasım Süleymanini öldürməsinə cavab verməyə cəsarət etmədi. Bütün təhdidlərə baxmayaraq, Tehran bu hadisəni yalnız bəyanatlarla keçişdirdi.

-Suriyada məğlubiyyətlər: İranın Suriyadakı mövqeləri zəiflədikcə, regional təsir dairəsi də məhdudlaşır. İranın müttəfiqləri biri-birinin ardınca zəifləyir, lakin Tehran buna qarşı təsirli addımlar ata bilmir.

- İsrail qarşısında rəzil duruma düşüb:Hizbullah lideri Həsən Nasrallahın İsrail tərəfindən məhv edilməsi İranın gücsüzlüyünü bir daha nümayiş etdirdi. Təhlükəsizlik və hərbi təhdidlərə qarşı Tehran yenə də susdu.

Diplomatik gərginlik: Azərbaycan səfirliyinə hücum

İranın Azərbaycana qarşı ən bariz düşmənçilik aktlarından biri də Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumdur. Həmin hücumda səfirlik əməkdaşı şəhid oldu, lakin hücumun arxasında duran şəxs hələ də ədalət qarşısında cavab verməyib. Azərbaycan tərəfi dəfələrlə tələb etsə də, İran bu məsələdə susur. Abdullahian Bakıya səfəri zamanı terrorçu agentin cəzalandırılacağını vəd etmişdi. Lakin iki ildən çox keçməsinə baxmayaraq, bu vəd yerinə yetirilməyib. Bu, İranın beynəlxalq öhdəliklərə və diplomatik münasibətlərə hörmətsizlik göstərdiyini bir daha sübut edir.

İranın bu təxribatları sadəcə siyasi deyil, həm də ideoloji xarakter daşıyır. Tehran, Azərbaycan Respublikasını öz dini-siyasi təsir dairəsinə salmağa çalışır. Ancaq Azərbaycan dövləti hər zaman müstəqil siyasət yürütmüş və milli maraqlarını qorumaqda qətiyyətli olub.

Azərbaycan diplomatik münasibətlərin normallaşması üçün əsas şərtlər irəli sürüb: səfirliyə hücum edən şəxsin ədalət qarşısına çıxarılması və bu kimi təxribatların dayandırılması. Bakı, öz milli maraqlarını qorumaqda prinsipial mövqe sərgiləyir və İranın heç bir təzyiqinə boyun əyməyəcəyini dəfələrlə göstərib.

İranın Azərbaycanın daxili işlərinə qarışmaq və onun beynəlxalq nüfuzunu zədələmək cəhdləri əbəsdir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında həm daxildə, həm də xaricdə öz maraqlarını müdafiə etməkdə qərarlıdır. İran isə öz daxili problemlərini və regional uğursuzluqlarını başqalarını hədəfə almaqla ört-basdır etməyə çalışır. Lakin bu cür siyasət uzunmüddətli perspektivdə İran üçün daha böyük itkilərlə nəticələnə bilər. Azərbaycan bu təxribatların qarşısını qətiyyətlə alacaq və bölgədəki sabitliyini qorumağa davam edəcək. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Dekabr 2024 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri