İran bir gündə beş generalını itirdi FOTOLAR (YENİLƏNİB)
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri, general İsmayıl Qaani də öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
***
İsrailin hücumu zamanı yaralanan İnqilab Keşikçiləri Aerokosmik Qüvvələrinin komandiri, general Sərdar Hacızadə vəfat edib.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, 2009-cu ilin oktyabrında yaradılan İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinkn ilk komandiri olub.
***08:48
İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami İsrail ordusunun Tehrana endirdiyi zərbə nəticəsində həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, İsrailin zərbələri İranın paytaxtında bir sıra yaşayış binalarını hədəf alıb və nəticədə mülki şəxslər həlak olub. Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında uçuşlar dayandırılıb.
***
İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Xatırladaq ki, İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri də öldürülüb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 13 İyun 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















