İran BMT nin Hörmüz boğazı ilə bağlı müraciətini qəbul edib
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Tehran BMT-nin Hörmüz boğazı ilə bağlı müraciətini yerinə yetirməyə razılaşıb".
Oxu.Az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki nümayəndəsi bildirib.
Nümayəndənin sözlərinə görə, İran humanitar yüklərin Hörmüz boğazından təhlükəsiz keçidinə dəstək verəcək və bu prosesi sürətləndirəcək.
Qeyd edək ki, martın 27-də BMT-nin baş katibi Antonio Quterreş boğazdan keçidi təmin etmək üçün xüsusi işçi qrup yaradıb. Qrupun əsas məqsədi humanitar məqsədlər üçün texniki mexanizmlərin hazırlanmasıdır.
Daha əvvəl ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter bildirmişdi ki, ABŞ qüvvələri İranın bəzi adalarını ələ keçirə bilsə də, bu, Hörmüz boğazının açılmasına kömək etməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 28 Mart 2026 02:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















