İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın BMT yanındakı Daimi Nümayəndəliyi qurumun Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.
Bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, məktubda İsrailin İrana hücumuna cavab vermək üçün fövqəladə iclas tələb edilib.
Məktubda ABŞ-nin dəstəyi ilə İsrailin İranın nüvə obyektlərinə və yüksək rütbəli rəsmilərinə qarşı hücumunu kəskin şəkildə qınayaraq Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi və beynəlxalq təşkilatın sözügedən hərəkətlərə qarşı qəti tədbirlər görməsi istənilib.
Sənəddə həmçinin vurğulanıb ki, İsrail qanunsuz və əvvəlcədən planlaşdırılmış hərəkətlə İranın nüvə mərkəzlərinə və mülki infrastrukturuna qarşı koordinasiyalı hərbi hücumlar seriyasını həyata keçirib:
"Bu hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin açıq pozuntusu hesab edilir və onun təhlükəli nəticələri regional və beynəlxalq sülhü, təhlükəsizliyi ciddi şəkildə təhdid edir"./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 13 İyun 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















