Icma.az
close
up
RU
İran böhranı, TRIPP, Qarabağ kartı və Ermənistanda seçki

İran böhranı, TRIPP, Qarabağ kartı və Ermənistanda seçki

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hay müxaliflər nə deyir, reallıq nədir?

İran müharibəsindən sonra regionda yaranmış vəziyyət və onun Azərbaycan-Ermənistan münasibətlərinə, daha doğrusu, iki ölkə arasındakı sülh prosesinə təsiri. Hazırda seçkiqabağı siyasi təbəddülat dövrünü yaşayan Ermənistanda müzakirə olunan başlıca mövzu məhz budur. Əlbəttə, mövzunun ayrıca Azərbaycan seqmenti də var.

Bəli, İran böhranı və onun Qərb dünyasında rezonansları fonunda Ermənistandakı daxili müxalifətin aktivləşməsi hiss olunmaqdadır. O müxalifət ki, Rusiyanın buyruq quludur, ölkədən gələn direktivlər əsasında idarə olunur. O müxalifət ki, revanşist və şovinist əhval-ruhiyyəlidir. O müxalifət ki, qondarma “Artsax” klişesi ilə silahlanıb və Qarabağ hərəkatını bərpa etməkdə və deməli, yenidən işğalçı mövqe tutmaqda israrlıdır.

Bütün bunlara görədir ki, baş nazir Nikol Paşinyan və ətrafı müxalif cinahın hakimiyyətə yiyələnməsinin Azərbaycanla yeni müharibə olduğunu vurğulayır. Üstəlik, həmin cinahı Qərbdə dəstəkləyən erməni lobbi və diaspor təşkilatları var ki, onların təmsilçiləri bu günlərdə Avropada bir araya gələrək, həm rəsmi İrəvanın antikilsə xəttini tənqid edib, həm də Qarabağ mövzusunda sərsəmləyib.

Məsələ həm də ondadır ki, Ermənistandakı müxalifət hazırda Rusiyanın nüfuzunun təbliğatı ilə məşğuldur. Bu mənada, Moskvanın Ukrayna cəbhəsində Qərbə dirəniş göstərməsi üzərində dayanılır. Mövcud xüsusun İran böhranı ilə bağlılıq payı da var. Bəzi hay ekspertlər bildirirlər ki, İran ABŞ və İsrailə qarşı məhz Rusiyanın köməyi ilə duruş gətirdi. Yəni bu, o deməkdir ki, revanşist və şovinist kəsim erməni ictimai rəyində özünün söykəndiyi qüvvənin etibarlı və güclü olduğu təsəvvürünü formalaşdırır. Axı dünya güc dünyasıdır.

Bəli, dünya güc dünyası olsa da, Ermənistandakı revanşist və şovinist kəsim Azərbaycanın gücünü hesablamır. Eynilə 6 il əvvəlki kimi. Belə yanaşmanın nəticəsi hər kəsə yaxşı bəllidir. İndi hay müxaliflər sadə ermənilərə 2020-ci ilin acılarını unutdurmaq istəyirlər. Heç şübhəsiz, onlar, eyni zamanda, həmin acılara görə qisas ritorikasını da təbliğ edəcəklər və bunun ilk populist işartıları var. Məsələn, Ermənistanın ikinci prezidenti, Rusiyanın stajlı buyruq qulu Robert Koçaryan deyib ki, ölkəsi hazırda malik olduğu ərazi ilə kifayətlənməməlidir...

Erməni müxaliflər İranla müharibədən sonra ayrıca ABŞ-ın regiondakı nüfuzunun düşməsi tezisini qabardırlar. Onlar iddia edirlər ki, Birləşmiş Ştatlar hazırda Azərbaycan və Ermənistan arasında etibarlı vasitəçi ampluasından çıxıb. Yəni belələrinin baxışlarına görə, ötən il avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin paraflanması, habelə, Prezident Donald Trampın şahidliyi ilə Birgə Bəyannamənin imzalanması heç bir əhəmiyyət daşımır. Qeyd edək ki, bu baxış əvvəldən də var idi, amma hazırda erməni müxaliflər onu özlərinin seçkiqabağı təbliğat platformasına çevirməkdədirlər.

Digər tərəfdən, erməni müxaliflər hələ lap əvvəldən bildirmişdilər ki, Azərbaycanla Ermənistan arasında sülh ədalətsizdir. Bu sayaq deyimlərin səbəbi çox sadədir. Onların fikrincə, sülh tərəflərdən birinin o birinə, yəni Bakının İrəvana təzyiqi üzərində formalaşıb. Belə yanaşmaya güc verən isə Qarabağ itkisidir. Diqqət yetirək, hazırda baş nazir Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” Partiyası müasir Ermənistanın tarixində yeganə siyasi qüvvədir ki, seçkiyə Qarabağ kartını bir kənara qoyaraq gedir. Başqa belə bir qurum yoxdur və görünür, yaxın perspektiv üçün olması mümkün də deyil. Sözümüz ondadır ki, hazırda revanşist və şovinistlər İran böhranı fonunda ABŞ-ın regiondakı nüfuzunun zəifləməsi ritorikasına baş vurub, özlərinin antisülh baxışlarını yayır və bu baxışları erməni cəmiyyətinə yeritməyə çalışırlar.

* * *

Erməni müxaliflərin üzərində dayandıqları daha bir məqam ABŞ-ın regionda nüfuzdan düşməsi fonunda Azərbaycan və Türkiyənin rahatlıq qazanması və Ermənistana qarşı, guya, işğalçılıq niyyətləri gerçəkləşdirməyə başlaması ilə əlaqədardır. Bu tezisin haradan qaynaqlandığı yaxşı məlumdur. Hay revanşistlərin Rusiyanın dirijor çubuğu ilə idarə olunduqlarını vurğuladıq. O Rusiyanın ki, oradakı bəzi dairələrin hələ də Qarabağ hərəkatının bitmədiyinə dair düşüncələri var və onlar erməni şovinist kəsimin köməyi ilə bu düşüncəni sadə ermənilər arasında möhkəmləndirməyə çalışırlar.

Axı Moskvada Rusiyanın Cənubi Qafqazda məhz dominant mövqe tutmasının vacibliyini bildirənlər, hadisə və proseslərə konstruktivlik pəncərəsindən yanaşmayaraq, sırf “velikorus” təfəkkürünə söykənib imperiya ambisiyaları güdənlər qalmaqdadırlar. Təəssüf ki, rus ictimai rəyi ortaya pozitiv xətt qoymayacaq qədər iflic durumdadır. Deməli, Paşinyan iqtidarının belələrinin dəstək verdikləri qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə, Azərbaycanla yeni müharibənin başlayacağına dair bildirdikləri bir daha təsdiqini tapır. Aydındır ki, erməni müxaliflər hakimiyyəti ələ alsalar, ilk işləri onsuz da kövrək olan sülh prosesini pozmaq olacaq.

Nəhayət, İran böhranı fonunda Ermənistandakı müxaliflər və onların xaricdəki dəstəkçiləri İslam respublikasında zaman-zaman özünü göstərməkdə olan mənfi stereotiplər üzərinə oyun oynayırlar. Onlar vurğulayırlar ki, Tehranın müharibədən güclü çıxması onun Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutuna, yəni TRIPP-ə cəbhə açmasına səbəb olacaq. Axı İranda TRIPP-in timsalında Azərbaycanın Zəngəzur dəhlizi ideyasına qarşı çıxan kəsim var və həmin kəsimin təmsilçiləri zaman-zaman Birləşmiş Ştatların regionda hərbi mövcudluq qurmaq niyyətində olduğuna dair təxribatçı fikirlər tirajlayırlar.

Əlbəttə, belə baxışların əsası yoxdur. Çünki TRIPP sırf iqtisadi layihədir. Özü də elə bir layihə ki, bütün detalları şəffaf şəkildə açıqlanır. Yəni TRIPP region dövlətlərinin maraq və mənafelərinin kənara qoyulması anlamını daşıyan təşəbbüs deyil. Ən azından ona görə ki, Azərbaycan belə bir duruma imkan verməz. Rəsmi Bakı illərdir yeritdiyi balanslı siyasət xəttinə sadiqdir və əslində, regionun böyük gücləri, o cümlədən İranın rəhbərliyi də bunun fərqindədir. Üstəlik, Bakı–Tehran münasibətlərinin, kifayət qədər, oturuşmuş, fundamental bazası var ki, bu baza illərin sınağından çıxıb, habelə, özündə yaranmış problemli situasiyaları aradan qaldırmaq immunitetini daşıyır.

Əlqərəz, erməni müxaliflər bildirirlər ki, ABŞ-la ziddiyyətlər içərisində olan İran ərəb ölkələrində Birləşmiş Ştatlara məxsus obyektləri qanuni hərbi hədəfə çevirdiyi kimi, TRIPP-ə münasibətdə də eyni davranışı ortaya qoyacaq. Onlar mövcud xüsusda Ermənistanın böyük təhlükədə olduğuna dair vay-şivən qoparır, nicat yolunu İslam respublikası ilə rəvan münasibətlərə malik Rusiyada gördüklərini bildirirlər. Yəni ənənəvi olaraq, Moskvanın ermənilər üçün xilaskar obrazı canlandırılır. Belə canlandırmanın isə Ermənistanı yenidən Rusiyanın forpostuna çevirmək planlarının ideoloji xəttini təşkil etdiyi şübhəsizdir.

Sonda bir məqamın da üzərində dayanaraq deyək ki, Paşinyan və komandası sülhün Cənubi Qafqaz regionu üçün faydasını ciddi şəkildə nəzərə almalıdır.

Əlbəttə, Birgə Bəyannamədə nəzərdə tutulanların hamısı gerçəkləşsə, qarşılıqlı ticarət dövriyəsi güclənsə, habelə bütövlükdə regional kommunikasiyalar işlək hala gəlsə, mənfəətlər xeyli artacaq. Bu isə rifah və əmin-amanlıq, barış mühitinin davamlılığı deməkdir. Prezident İlham Əliyev bu yaxınlarda Gürcüstana səfəri zamanı heç də əbəs yerə bildirmədi ki, region ölkələri tarixi imkanı əldən verməməlidirlər. Dövlətimizin başçısının fikri həm də o anlam daşıyır ki, heç bir qlobal ziddiyyət Cənubi Qafqazın, belə demək mümkünsə, avtonom axarına təsir göstərməməlidir. Təsir göstərməməsi üçün isə erməni cəmiyyəti ayıq olmalı və qarşıdakı parlament seçkilərində sülh gündəminə sadiq siyasi qüvvəni, baş nazir Paşinyan iqtidarını dəstəkləməlidir. Başqa çıxış yolu yoxdur və olmayacaq da.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri