İran bu ölkəyə gizli silah göndərdi İsrail ələ keçirdi
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İsrail İordan çayının qərb sahilinə (Fələstin) İran silahlarının qaçaqmalçılıq yolu ilə keçirilməsi planının qarşısını alıb.
Axar.az xəbər verir ki, bu haqda İsrailin “Kanal 14”-ü “Şin Bet”in bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, İranın məqsədi İordan çayının qərb sahilindəki qrupları silahlandırmaq və İsrail hədəflərinə hücum etmək olub.
“Ələ keçirilən yükün içərisində onlarla partlayıcı qurğu, pilotsuz təyyarələr, tank əleyhinə silahlar, qumbaralar, tapançalar, tüfənglər və yüzlərlə patron olub”, - məlumatda bildirilib.
Qeyd olunub ki, istintaq aylar əvvəl silah satıcısının Ramallah yaxınlığında həbs edilməsindən sonra başlayıb və nəticədə böyük bir qaçaqmalçı şəbəkəsi ifşa edilib.
İsrailin iddiasına görə, qaçaqmalçılıq əməliyyatı SEPAH-ın “4000-ci bölməsi”nin komandiri Cavad Qaffari və Suriyada Əsgər Bagirinin nəzarəti altında fəaliyyət göstərən “18840-cı bölük” vasitəsilə həyata keçirilib.


