Icma.az
close
up
RU
İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkian xalqa son müraciətində ilk günlərdə haqlı tələblər irəli sürən etirazçı dükan sahibləriylə hazırki etirazçıları fərqləndirib.

KONKRET.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu  “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.

“Prezident bazarların bağlanmasına və sahibkarların etirazlarına toxunaraq, hökumətin bu məsələyə həssaslıqla yanaşdığını vurğulayıb: “Bazarları bağladılar, etiraz etdilər. Mən şəxsən daxili işlər, sənaye və ticarət nazirlərinə tapşırıq verdim ki, onlarla görüşsünlər. Daha sonra bu binada həmin sahibkarlarla özüm görüşdüm, qayğılarını dinlədik, razılaşmalar əldə etdik. Hökumət iclasında da onların narahatlıqları müzakirə olundu. Biz qəti qərara gəlmişik ki, bu insanların problemlərini mümkün olan hər yolla həll edək”. Doğrusu, dükan sahiblərinin həmin görüşdən və verilən vədlərdən razı qaldıqlarına dair məlumat yoxdur. Bir də ki, bu gün vəd verib, sabah həmin vəd yerinə yetirilməyəcəksə, rial sürətlə dəyərdən düşməkdə davam edəcəksə, dükan sahibləri və digər sahibkarları yenə etiraz edəcəklər. Çünki, vəd verməklə deyil, İran indiki siyasətlə sanksiyalardan qurtula bilməyəcək. Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatını dərin problemləri həll olunmayacaq” – politoloq əlavə edib.

Elxan Şahinoğlu bildirib ki, Məsud Pezeşkian müraciətinin ikinci hissəsində düşmənlərin mövcud iqtisadi çətinliklərdən sui-istifadə edərək ölkəni qarışdırmağa cəhd etdiyini vurğulayıb:

“Dövlət başçısı silahlı şəxslərin şəhərləri qarışdırdıqlarını və onların İrana aid olmadığını vurğulayıb. Prezident vəziyyədən çıxış yolu kimi bunları deyib: “Xahiş edirəm, hər məhəllədə insanlar birləşsin və iğtişaşçılara imkan verməsinlər. Bizim vəzifəmiz xalqın narahatlığını aradan qaldırmaqdır, lakin daha ali vəzifəmiz bir qrup iğtişaşçının cəmiyyəti alt-üst etməsinə imkan verməməkdir. Ailələrdən xahiş edirəm, qoymayın gəncləriniz baş kəsən, adam öldürən bu terrorçulara qarışsınlar. Bir gecədə bankı, yanğınsöndürən maşını, ictimai nəqliyyatı, məscidi, insanların evini yandırmaq etiraz deyil”.

Ali dini lider iğtişaşları törədənlərə qarşı kəskin mübarizə aparılmasını tələb edib, başqa sözlə onların öldürülməsi təlimatını verib. Prezident isə valideynləri övladlarını iğtişaşçılardan uzaq tutulmasına səsləyib. Nə ali dini lider, nə də Prezident bu çağırışlarla dərinləşən münaqişəni həll edəcəklər. Prezident ailələrdən xahiş edib ki, övladlarına nəzarət etsinlər. Bu Prezident səviyyəsində həm də onun etirafıdır ki, ölkə gəncləri etirazlarda fəal rol oynayırlar. Bəs Prezident morqlarda övladlarını axtaran valideynləri necə sakitləşdirəcək? Görəsən Prezident internetin kəsilməsiylə öldürülənlərin sayının artması barədə nə düşünür?”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:355
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Yanvar 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri