Icma.az
close
up
RU
İran daxilində son durum: CNN vacib məlumatlar yaydı Bakıya yeni çağırış

İran daxilində son durum: CNN vacib məlumatlar yaydı Bakıya yeni çağırış

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə davam edən hərbi qarşıdurma fonunda İran yalnız xarici cəbhədə deyil, daxildə də ciddi sınaq qarşısındadır. Lakin CNN və digər Qərb mediasının son analizləri göstərir ki, ölkə daxilində gözlənilən sürətli çökmə ssenarisi hələlik reallığa çevrilməyib. Əksinə, İran cəmiyyəti daxilində paralel iki proses – rejimə açıq dəstək nümayişi və eyni zamanda səssiz narazılıq – yanaşı mövcuddur.

Son həftələrdə ölkə üzrə 850-dən çox pro-hökumət aksiyasının keçirilməsi bu mənzərənin ən diqqət çəkən elementlərindən biridir. Bu aksiyalar əsasən dövlət tərəfindən təşkil olunsa da, onların kütləviliyi hakimiyyətin hələ də müəyyən sosial dayaqlara sahib olduğunu göstərir. Küçələrdə nümayiş etdirilən bu dəstək, xüsusilə müharibə şəraitində, rejimin legitimlik görüntüsünü qorumağa xidmət edir. CNN-in yanaşmasına görə, bu, sadəcə propaqandadan ibarət deyil. Bu, eyni zamanda sistemin hələ də müəyyən səviyyədə mobilizasiya qabiliyyətinə malik olduğunu göstərir.

Bununla yanaşı, İran daxilində anti-hökumət narazılığı da mövcuddur, lakin bu narazılıq genişmiqyaslı və koordinasiyalı etiraz dalğasına çevrilə bilmir. Yerli etirazlar, əsasən iqtisadi çətinliklər, müharibənin sosial təsirləri və siyasi narazılıq fonunda baş verir. Sərt təhlükəsizlik tədbirləri – kütləvi həbslər, informasiya məhdudiyyətləri və güclü nəzarət mexanizmləri – bu etirazların genişlənməsinin qarşısını alır. CNN bu vəziyyəti belə xarakterizə edir: “Narazılıq var, amma sistemə real təhlükə yaradacaq səviyyədə təşkilatlanmayıb.”

Beləliklə, İran daxilində qüvvələr balansı mürəkkəb və çoxqatlıdır. Hakimiyyət küçə üzərində nəzarəti saxlayır, müxalifət isə parçalanmış və zəif koordinasiyalı vəziyyətdə qalır. Bu reallıq, qısa müddətli perspektivdə rejimin daxildən çökmə ehtimalını aşağı salır. Eyni zamanda, davam edən müharibə və iqtisadi təzyiqlər sistem üzərində uzunmüddətli aşınma (erosion) yaradır ki, bu da gələcəkdə fərqli nəticələr doğura bilər.

CNN-in ümumi qiymətləndirməsinə görə, İran bu gün nə tam sabit, nə də dağılmaq üzrə olan bir dövlətdir. O, daha çox gərgin, lakin idarə olunan bir vəziyyətdədir. Bu isə münaqişənin yaxın perspektivdə daxili partlayışla nəticələnməyəcəyini, əksinə, uzanan və müxtəlif formalarda davam edən bir qarşıdurmaya çevriləcəyini göstərir.

Bu kontekstdə daha geniş geosiyasi nəticələr də diqqətəlayiqdir. Əgər mövcud sistem – yəni İranın dini-siyasi rejimi – bu və ya digər formada özünü qoruyub saxlaya bilsə, bu, region və dünya üçün yeni problemlər mərhələsinin başlanğıcı ola bilər. Belə bir ssenaridə İran öz regional təsir alətlərini saxlamağa çalışacaq, bu isə Yaxın Şərqdə gərginliyin müxtəlif istiqamətlərdə davam etməsinə gətirib çıxaracaq.

Nəticə etibarilə, belə bir perspektivdə Ərəb dünyası, İsrail, Türkiyə, Azərbaycan, Əfqanıstan, Pakistan və Qərb ölkələri üçün yeni təhlükəsizlik və siyasi çağırışlar yaranacaq. Münaqişə formal olaraq səngisə belə, onun mahiyyəti dəyişərək davam edəcək. Başqa sözlə, rejimin qalması münaqişənin bitməsi demək deyil — bu, sadəcə onun yeni mərhələyə keçidi olacaq.

Elbəyi Həsənli,
Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Mart 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri