İran DÇ 2026 nın püşkatmasına qatılacaq: Boykot fikrindən daşındılar
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Vaşinqtonda keçiriləcək 2026-cı il dünya çempionatının püşkatma mərasimini boykot etmək qərarından daşınıb.
QOL.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Ötən həftə İran nümayəndə heyətinin yalnız dörd üzvünə ABŞ hökuməti tərəfindən viza verilmiş, digər şəxslərin müraciətləri isə rədd olunmuşdu. Bundan sonra İran Futbol Federasiyası püşkatma mərasiminə qatılmayacağını bildirmişdi. Lakin federasiya artıq fikrini dəyişib.
İranın idman naziri Əhməd Donyamali öz açıqlamasında qeyd edib ki, İran bugünkü püşkatma mərasmində nümayəndələrlə təmsil olunacaq. "Nümayəndələrimiz viza alıblar və dünya çempionatının püşkatma mərasimində iştirak edəcəklər".
Donyamali millinin baş məşqçisi Əmir Qalenoinin də tədbirə qatılacağını vurğulayıb. Onu federasiyanın Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Omid Camali də müşayiət edə bilər.
Qeyd edək ki, DÇ-2026-nın final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















