Icma.az
close
up
RU
İran dərdi Ermənistan deyil, tarixi sərhədlərin bərpasından qorxur AÇIQLAMA

İran dərdi Ermənistan deyil, tarixi sərhədlərin bərpasından qorxur AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Məlumdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın da imzası olan Üçtərəfli Bəyanatın müvafiq bəndində Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməyi öhdəsinə götürüb. Bu istiqamətdə Rusiya-ABŞ, İran-Azərbaycan mövqelərində uzlaşmanın olmaması fonunda,  Bakı və İrəvan arasında dəhlizlə bağlı danışıqlar davam edir.

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Zaur Məmmədov xatırladıb ki, ötən həftə Nikol Paşinyanın yol ilə bağlı mövqeyini bu dəfə bir qədər fərqli şəkildə ifadə etməsi və Azərbaycan tərəfinin bu kommunikasiya xəttinin açılacağına dair əmin mövqeyi Tehranı yenidən hərəkətə keçirib:

“Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə Ermənistandan daha çox mane və narahat olan İrandır. Bu maneə və narahatlıq üçtərəfli bəyanatın imzalanmasından sonra İranda müxtəlif bəyanatlarda və tez-tez verilən açıqlamalarda özünü büruzə verir. Ötən həftə Azərbaycan və İran nümayəndələri arasında baş tutan görüşdən sonra Bakı və Tehran arasında ziddiyyətlərin yumşalacağına ümidlərin edildiyi bir vaxtda, rəsmi Tehranın İrəvandakı səfiri növbəti dəfə Zəngəzur haqqında danışıb. “İran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə, geosiyasi dəyişikliklərə və regional problemlərin həlli üçün güc tətbiqinə qəti şəkildə qarşıdır. İran Ermənistanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Yalan xəbərlər, təhdidlər və şübhəli videolar yaratmaq iki ölkə arasında möhkəm münasibətləri poza və ya aramızda fikir ayrılıqlarına və şübhələrə səbəb ola bilməz”, - o bildirib. İran tərəfi açıqlamaları ilə ilk növbədə Ermənistanın ərazi bütövlüyünə işarə edir, Ermənistanla sərhədinin bağlana biləcəyini bildirir və bu baxımdan Zəngəzur dəhlizini təhlükə hesab edir. Halbuki, Üçtərəfli Bəyanatda sərhədlərin dəyişdirilməsi və ya Ermənistan ərazisinə hər hansı iddia nəzərdə tutulmur. Qərbi Zəngəzur rayonu tarixən Azərbaycan ərazisi olsa da, Bakı bu əraziyə Azərbaycanın mərkəzi hissəsini Naxçıvanla birləşdirəcək, insanların və yüklərin daşınmasını asanlaşdıracaq tranzit zona kimi baxır”.

Politoloq qeyd edib ki, burada söhbət yalnız nəqliyyat dəhlizinin açılmasından gedir, heç kim İranın ərazisini məhdudlaşdırmır:

“İrana heç bir məhdudiyyət qoyulmur, onun ərazi bütövlüyü və təhlükəsizliyinə heç bir təhlükə yoxdur. O ki qaldı, İran və Ermənistan sərhədinə bunun dəyişdirilməsindən söhbət getmir. Tehranda narahatlığın səbəbi bölgənin tarixi ilə bağlıdır. İranda yaxşı bilirlər ki, Cənubi Azərbaycan və Şimali Azərbaycan arasında heç vaxt üçüncü dövlət olmayıb və ermənilərin Ararat Respublikası dövründə belə Arazın şimalındakı bütün sərhədboyu ərazilərdə Azərbaycan Respublikası mövcud idi. Görünür, tarixin əsl ədalət səhifəsinə qayıdacağından narahatdırlar. Əgər məsələ bundadırsa, o zaman tələsməyə ehtiyac var. Ermənistan - ABŞ arasında “Strateji Tərəfdaşlıq haqqında sənəd”ə və “Ermənistan - Aİ arasında Zəngəzurla bağlı dialoq”a əsasən bölgə faktiki olaraq Qərbin öhdəliyinə və kurasiyasına verilib. İranın Ermənistandakı səfirinin bəyanatlarına baxsaq, “onun regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsinə qarşıyıq” bəyanatı hansı məntiqi güdür? Məgər regiona Qərbi gətirən Ermənistan deyilmi? Əgər bu fonda İran Azərbaycanın narahatlığını qulaqardına vuraraq nə qədər paradoksal səslənsə də,  Parisin, Makronların yanında yer alacaqsa, deməli gələcəkdə rəsmi Bakının regionla bağlı görəcəyi “tədbirlər” fonunda açıqlama belə verməyə haqqı olmayan dövlətlər siyahısına aid ediləcək”.

Z.Məmmədov bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin sülh yolu ilə açılmasını istəyir:

“Bu yolun açılmaması fonunda Ermənistanın hücum xarakterli silahları və müəyyən ölkələrin hərbçilərinin şərti sərhədlərimizə doldurulmasına imkan verməyəcək. Tehran bölgədə xəritələr məsələsində narahatdırsa, o zaman Ermənistanın bu addımları ilə bağlı konkret fəaliyyətə başlasın. Əgər etmirsə, şərti sərhədlərdə uzunmüddətli sabitliyi Azərbaycan təmin etməli olacaq. Yaxın keçmişdə Qarabağla bağlı Azərbaycanın beynəlxalq ictimaiyyətə etdiyi xəbərdarlıqları hər kəs çox yaxşı xatırlayır. Həmin dövrdə də, çoxları Azərbaycana  “status - kvo hələ uzunmüddət qalmalıdır” kimi çağırlşlar edirdilər. Azərbaycan öz bildiyini etdi və nəticə göz qabağındadır. Zəngəzur mövzusunda da Azərbaycan bu xəttin açılacağına əmindir. Ya reallığı qəbul etməlidirlər, ya da seyrçi olmalıdırlar.  Cənubi Qafqazın taleyini Qafqaz xalqları dialoq vasitəsilə həll edəcək”.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Fevral 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri