İran diplomatlarını və hərbçilərini Suriyadan təxliyə edir
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran bəzi diplomatlarını və hərbi müşavirlərini Suriyadan təxliyə etməyə başlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
İddialara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi hərbçiləri artıq İraq və Livana təxliyə edilib.
"The New York Times"ın mənbələri iddia edir ki, bəzi iranlı diplomatlar və onların ailə üzvləri, eləcə də sıravi İran vətəndaşları Suriyanı tərk edib.
İnsanların bir qismi təyyarə ilə Tehrana, bir qismi isə quru yolu ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.
Milli.Az
Baxış sayı:133
Bu xəbər 07 Dekabr 2024 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















