İran düşmən gəmilərinin Hörmüz boğazından keçməsini qadağan edəcək
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi qəbul edilərsə, düşmən ölkələrin gəmiləri boğazdan keçə bilməyəcək.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Həsən Qaşqavi bildirib.
"Sionist rejiminə və digər düşmən dövlətlərə məxsus gəmilər, eləcə də bizə qarşı hərbi əməliyyatlar aparan və ya hərbi yük daşıyan gəmilər Hörmüz boğazından keçə bilməyəcəklər" - Qaşqavi qeyd edib.
Onun sözlərinə görə, digər, düşmən olmayan dövlətlərin gəmiləri yeni qanunda göstərilən qaydalara uyğun olaraq keçmək üçün İran Silahlı Qüvvələrinin Baş Qərargahından xüsusi icazə almalıdırlar.
Qaşqavi qeyd edib ki, qanun layihəsi artıq müvafiq komitədə müzakirə olunub və Məclisin açıq plenar iclasında müzakirəyə çıxarılacaq, bundan sonra sənəd təsdiq üçün Konstitusiyanın Keşikçiləri Şurasına göndəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 02 Oktyabr 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















