Icma.az
close
up
RU
İran əlini gücləndirir :İsrail seçim qarşısında

İran əlini gücləndirir :İsrail seçim qarşısında

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu ultra-pravoslav partiyaların hərbi xidmətə çağırışdan azad edilməsi haqqında qanunla bağlı yaranmış fikir ayrılığına görə,ə ABŞ-yə səfərini iyulun 13-ü axşama qədər təxirə salıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Kanal12” məlumat yayıb.

Qeyd edək ki, İsrail parlamenti bir il öncə ultra-pravoslav yəhudiləri (Haredilər) məcburi hərbi xidmətdən azad edən qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.

Əksəriyyəti dini səbəblərə görə orduda xidmətdən imtina edən haredilər ölkənin 9 milyonluq əhalisinin təxminən 12 faizini təşkil edir.

Dini əqidəsinə görə məcburi hərbi xidmət keçə bilməyən və ya bundan imtina edən vətəndaşlara alternativ xidmət təklif oluna bilər. Bu, milli və ictimai fayda gətirən fəaliyyət olmalıdır. Gənc kişilər və qadınlar təhlükəsizlik orqanlarında, məktəblərdə, xəstəxanalarda, qocalara yardım müəssisələrində və s. xidmət keçməlidir. 

Lakin müxalifət haredilərin hərbi xidmətdən azad edilməsini Netanyahunun liderlik etdiyi hakim koalisiyanın öz hakimiyyətini uzatmaq cəhdi sayır. Sabiq baş nazir Yair Lapid hesab edir ki, indiki şəraitdə İsrail dövlətinə ilk növbədə Baş nazirin ABŞ-yə səfəri uşaqları evlərinə və ailələrinə qaytaracaq girov müqaviləsi ilə nəticələnməlidir. Lakin müxalifət lideri sözügedən qanunvericiliyi tənqid edib. “Əslində biz mərhələlərlə qismən razılaşma yox, müharibənin bitməsini və bütün girovların qaytarılmasını istəyirik”,-deyən eks-baş nazir qanun layihəsini 300-400 gün hərbi xidmət keçən İsrail əsgərləri üçün “təhqir” adlandırıb.

O bildirib ki, ortadokslar qanunvericiyiliyi saxtalaşdırmaq  vasitəsilə hakim koalisiyanın ömrünü bir neçə həftə və bir neçə ay uzatmaq istəyirlər.

Benyamin Netanyahunun səfəri təxirə salması, eləcə də haredilərin hərbi xidmətdən azad olunmasını təmin edən qanun layihəsinin parlamentdə  siyasi müqavimətlə qarşılanması Baş nazirə daxili təzyiqlərin artmasından xəbər verir. Bu isə Netanyahu hökumətinə etimadsızlıq təklifinin Knessetdə səsverməyə qoyulmasına gətirib çıxara bilər. İranla müharibədən sonra Netanyahunun siyasi reytinqi qismən artsa da hakim ultraprovaslav koalisiyanın dağılma risqi yüksək olaraq qalır. Bu isə İranın regionda əlini gücləndirən amilə çevrilə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri