Icma.az
close
up
RU
10 15 % müəllimin maaşını artırmaqla universiteti inkişaf etdirmək mümkün deyil İlham Əhmədov

10 15 % müəllimin maaşını artırmaqla universiteti inkişaf etdirmək mümkün deyil İlham Əhmədov

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mətbuat yazır ki, bəzi universitetlər müəllimlərin əmək haqlarının hesablanmasında yeni sistemə keçiblər. Differensial maaş sistemi çərçivəsində professor-müəllim heyətinin maaşları onların fərdi fəaliyyət göstəricilərinə uyğun olaraq tənzimlənəcək.  3 mərhələli prosesin ilk hissəsində müəllimlərin elmi nəşrləri, tədqiqatları və peşəkar inkişafı qiymətləndiriləcək. Yeni sistem maaş artımını dərəcələr üzrə edəcəkdir. Belə ki, reytinq siyahısında ilk 20 yeri tutan müəllimlərin maaşları 100 %, 21-60-cı yerlərdə qərarlaşan əməkdaşlar üçün 40 faiz, 61-100-cü yerlərdəkilər üçün isə 20 faiz artım nəzərdə tutulur. Bu artım cəmi 100 nəfərə aid olacaq.  Bu çox uğursuz və sosial-iqtisadi baxımdan səvh qərardır. Bu rəqabəti qismən artırsa da, az sayda müəllimə aid olacaqdır, ümjumi say dəyişməyəcək- 100 nəfər. 

Bu artım ortalama 10 % müəllimi əhatə edə bilər. Bəs yerdə qalan 90 % müəllimin sosial müdafiəsi necə olsun? Onlar nə etsinlər? Bazarda qiymət artımı yerdə qalan 90 % müəllimə təsir etmir ki? Bu qərar yarımçıq və ədalətsizdir. Yaxşı olardı ki, müəyyən şkalalarla artım olardı, reytinqlə yox. Onsuz da yazılan məqalələr elmə real olaraq heç nə vermir. Elmi məhsuldarlıq və iqtisadi tərəqqi məqalə sayı ilə təyin edilə bilməz. Əgər universitetlər belə məhsuldardırsa, ölkə iqtisadiyyatı və universitetlərin özləri bu "elm"dən nə qədər pul qazanıb? Artıq postneft dövrünə az qalıb, çatırıq ona, hanı universitetlərin startpları, innovasiyaları, elmi məhsulları? Universitetlər bu məqalələrdən ölkəyə nə qədər pul qazandırıb? heç nə! Əksinə, ildə bir neçə milyon dollar ölkədən çıxır, xarici jurnallara sərf edilir, yalançı reytinqlər qazanmaq üçün.  Yəni, bu maaş artımı hamıya aid olmalıdır. 

Məsələn, yüksək reytinqli 100 müəllimin maaşı 60 %, yerdə qalan 90 % müəllimin maaşı isə 40 % artardı. 
Qiymət artımı hamıya aiddirsə, maaş artımı da hamıya aid olmalıdır. "Pul yoxdur" söhbəti, bəhanədir. ETN hər universitetdən öz yaratdığı və təhsilə hələ də heç bir faydası olmayan TİF Fonduna 1-1,5 milyon manat civarında, zorla qopardığı vəsaiti universitet heyətinin maaşına əlavə kimi vermək olardı. 

Digər mənbə isə universitetlərdə təmirlərin azaldılması, pula qənaət edilməsi ola bilər. Bu təmirin nə elmə, nə təhsilə, nə də ümumi inkişafa heç bir faydası yoxdur.  Sovet dönəmində universitetlər 10 ildə bir dəfə təmir edilirdi. Bu da 10 il kifayət edirdi. Amma elm də, təhsil də vardı. İndi 30 ildir hər il universitetlər təmir edilir, amma inkişaf yoxdur, çünki, inkişafa pul qalmır. Keçən il təkcə 2 universitet təmirə 35 milyon manat sərf edib. Bəs maaş artımına nə qədər sərf ediblər? Layihələrə, qrantlara nə qədər sərf ediblər? Çox az. Axı layihə və qrantlar həm inkişafa, həm də savadlı müəllimlərin əlavə pul qazanmasına imkan verə bilər. Təhsildə Avropa standartı axtarırıq, bunun üçün müəllimlərə Avropa universitetlərində olan maaşa yaxın maaş verməliyik, qrantlar və laayihələr verməliyik. 10 % müəllimə maaş artırmaqla, universiteti inkişaf etdirmək mümkün deyil.

İlham Əhmədov,

dosent, təhsil eksperti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Fevral 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri