Icma.az
close
up
RU
İran fars rejimi Güney Azərbaycanda Azərbaycan türklərini xarici düşmənin hədəfinə çevirmək istəyirdi

İran fars rejimi Güney Azərbaycanda Azərbaycan türklərini xarici düşmənin hədəfinə çevirmək istəyirdi

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“İranda xüsusi bir qüvvə var ki, Məsud Pezeşkianın üzərindən rejimə qarşı hücum etməklə məşğuldur. Məsələn, bu gün Məsud Pezeşkianın bütün davranışları sorğulanır. Ümumiyyətlə, bu atəşkəs haqqında kim qərar qəbul edib? Bu məsələ sorğulanır. Deyirlər ki, İran adlanan ölkənin dini lideri Seyyid Əli Hüseyni Xamenei həm də Ali Baş Komandandır. Konstitusiyanın 110-cu maddəsinə əsasən savaş və sülhə qərar verən də ali baş komandandır və onun vəzifəsidir. Ali Baş Komandan bu qərarı veribsə, özü hardadır və onun ağzından niyə bu sözlər deyilir? Əgər bu qərarı o verməyibsə, bu qərarı kim qəbul edib? O qərarı qəbul edən ortaya çıxsın. Bu səbəbdən də bunun içində ayrı-ayrı oyunları da, çəkişmələri də görə bilərik. Bir çox məsələlər var”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Sadiq İsabəyli hesab edir ki, İranın nüvə fəaliyyəti ilə bağlı artıq konkret qərar qəbuletmə zamanı gəlib: “Təslim və ya qeyri təslim adı altında bunu etmək məcburiyyətindədir. Görünən və baş verən proseslər bunu göstərir. Amma bu prosesin içində onların öz başına nə hadisə gələcək, bu məsələ də ortadadır. Digər məsələlər kütləyə yönəlmiş proseslərdir”.

Sadiq İsabəyli

“İran hər zaman Azərbaycanı ittiham edirdi ki, Azərbaycan ərazisindən İran ərazisinə PUA-lar, dronlar, savaş təyyarələri keçirib və Azərbaycan buna icazə verir. Amma bu 12 günlük savaş çox rahat şəkildə ortaya qoydu ki, bütün dronlar rejimin öz ərazisində hazırlanıb. Bunun hazırlanması üçün İsrailin nüfuz etdiyi adamlar İranın müdafiə nazirindən icazə alıblar. İranın təhlükəsizlik orqanlarından icazə alınıb ki, sınaq uçuşları bütün ölkədə keçirilsin. Bu sınaq uçuşlarında ölkənin bütün ərazisinin xəritələndirmə işlərini aparılıb və bütün bu bilgilərin hamısı İsrailə göndərilib. Bu səbəbdən də, həm hərbi obyektlərin görüntüsü, həm tam dəqiqliklə vurulması məsələsi, həm də Sepah generallarının harada gizlənə biləcək ehtimallarının hamısının yerini biliblər. Məsələn, bir əməliyyatda onların dağların arasında toplaşdığı yeri İsrail vurur və sonra onların bəzisi orada ölür, bəziləri qaçırlar. Onlar o qaçanları da izləyir və ayrı-ayrı yerdə onları məhv edir. Yəni baxın, görün İranda nə qədər planlaşdırılmış bir proses gedib. Amma bu rejim və onun ideoloji təbliğatçıları utanmadan hələ də Azərbaycan dövlətini ittiham edirlər. Bunda da onların məqsədi vardı. Bu dövr ərzində çalışırdılar desinlər ki, “İsrail dövləti Azərbaycanın qədim şəhərlərini - Təbrizi vurur, Ərdəbili vurur, Urmunu vurur. Halbuki, vurulan ərazilər hərbi hissələr və hərbi obyektlər idi. Çox təəssüf ki, İranın siyasi düşünən adamları bilərəkdən bu qərarı qəbul etmişdilər ki, o hərbi hissələr insanlarımızın sıx yaşadığı bölgələrdə olsun və konkret olaraq, onlar bizim milləti bir hədəfə çevirmişdilər. İran fars faşist rejimi Güney Azərbaycanda Azərbaycan türklərini xarici düşmənin hədəfinə çevirmək istəyirdi və bundan həm də təbliğat üçün istifadə etmək istəyirdi”-deyə Sadiq İsabəyli bildirib.

Sadiq İsabəylinin fikrincə, bu təbliğatların bir qolu da Güney ilə Quzey Azərbaycan arasında düşmənçilik yaratmaq, nifaq yaratmaq idi.

“Məsələn, Türkiyə ilə bağlı Çaldıran məsələsini ortaya qoyurlar. Məsələn, “Səfəvilər dövründə Osmanlılarla bizim savaşımız olub. Biz heç vaxt bunlarla barışa bilmərik” və sair. Bu proseslərdə, bu ittiham xarakterli davranışlarda biz onu da gördük ki, rejim öz içindən artıq demək olar ki, xarici qüvvələrə satılıb və ən yüksək səviyyədə olan insanlar belə İsrailə işləyirlər. Məsələn, Əfqanıstan vətəndaşını küçələrdən tuturlar, bir gecəliyə edam edirlər. Və yaxud digər qeyri-fars millətlərindən olan adamları. Məsələn; kimsə narkotik və ya silah qaçaqmalçılığı ilə məşğul olubsa və həbs edilibsə, “sən İsrail casusu olmusan” adı altında aradan götürürlər. Biz bunu kütləyə qarşı qara terrorun başlanğıcı hesab edə bilərik. Necə ki, Stalin hakimiyyətə gələndən sonra bütün narazı qüvvələri və ona rəqib ola biləcək şəxsləri, hər hansı bir formada ona təhdid yarada biləcək nə varsa aradan götürməklə kütlənin içində ciddi bir qorxu yaratmaq siyasəti aparırdısa, hazırda bu rejim həmin siyasəti aparmaqdadır. Bunu da müxtəlif ittihamlar adı altında edirlər. Yəni xarici dövlətə casusluq, vətənə xəyanət və bu kimi məsələlər qabardılır. Amma reallıq budur ki, casusluq da, bacarıqsızlıq da bunların öz içindədir. Rejimin öz daxilində çox ciddi proseslər getməkdədir. Bu proseslər onların xarici dövlətlərlə münasibətlərinə öz təsirini göstərir. Bu, həm də nüvə fəaliyyətləri ilə bağlı proseslərin hansı istiqamətə yönələcəyinə təsir göstərəcək”-deyə Sadiq İsabəyli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 İyul 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri