İran Hörmüz boğazına nəzarəti ələ keçirib Ali Baş Komandan
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
İran Hörmüz boğazı üzərində nəzarəti ələ keçirərək yeni qlobal güc mərkəzinə çevrilib.
Bakıvaxtı.az Tasnim-ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əli Abdullahi bildirib.
O, Hörmüz boğazını və ona girişi tənzimləyən qaydaları İranın təsirinin əsas mənbəyi kimi təsvir edib.
General-mayor İranın davamlı təhlükəsizlik planı üçün beş prinsipi açıqlayıb və bidlirib ki, istənilən təhdidə coğrafi məhdudiyyətlər olmadan dərhal cavab veriləcək:
"Birincisi, xüsusilə Livan və Qəzzada bütün cəbhələrdə müharibəyə son qoyulması, ikincisi, sanksiyaların tamamilə aradan qaldırılması və İranın dondurulmuş aktivlərinin azad edilməsi, üçüncüsü məcburi müharibələrə görə kompensasiyanın ödənilməsi, dördüncüsü İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması və ABŞ təhlükəsizlik çətirinin "Hörmüz mexanizmi" ilə əvəz edilməsi və nəhayət beşincisi Qərbi Asiyada yenidən təcavüzə qarşı zəmanətlər və yerli təhlükəsizlik tənzimləmələrinin yaradılmasıdır. Bu prinsiplər zəiflik mövqeyindən irəli sürülən sülh təklifi deyil, güc və aktiv müqavimət mövqeyindən yeni nizam formalaşdırmaq doktrinasıdır".
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 03 Noyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















