İran Hörmüzdə gəmilərdən xidmət haqqı alacaq Parlament təsdiqlədi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazından keçərkən gəmilərdən müxtəlif xidmətlərə görə ödəniş tələb edən müddəanı təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Komitənin rəsmi nümayəndəsi Həsən Qaşqavi “Mehr” xəbər agentliyinə danışıb.
O bildirib ki, burada komitənin əvvəllər müzakirə etmədiyi “Hörmüz boğazının təhlükəsizliyinin və inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında” qanun layihəsinin 3-cü maddəsinə istinad edilir.
Təsdiq edilmiş müddəaya əsasən, boğazdan keçməsinə icazə verilən ölkələrin gəmilərindən dənizçilik və ətraf mühit xidmətləri, xüsusi şərtlər altında yanacaq doldurma, sığorta, təhlükəsizlik və digər xidmət növləri üçün ödənişlər alınacaq. Onlar İran rialı və ya İslam Respublikasının məqbul hesab etdiyi digər valyuta ilə ödənilə biləcək.
Qaşqavi naviqasiyanı tənzimləyərkən sahil dövlətlərinin hüquqlarını və suverenliyini nəzərə almaq lazım olduğunu vurğulayıb. O, beynəlxalq hüquqda təsbit edilmiş naviqasiya azadlığı ilə paralel olaraq, Hörmüz boğazı ilə həmsərhəd olan ölkələrin təhlükəsizliyi və suverenliyinin də qorunub saxlanılmalı olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:Hörmüzdə gəmilərdən birinə hücum oldu
06 Mart 2026 21:09
Hörmüzdə gəmilərdən biri hücuma məruz qaldı
14 Sentyabr 2026 00:17
İran Hörmüzdə gəmilərə xidmət göstərməyə hazır olduğunu bildirib
07 May 2026 11:38
İran Hörmüzdə tankeri vurdu
30 Sentyabr 2026 03:11
Parlament hakimləri təsdiqlədi
24 Oktyabr 2025 11:51
Baxış sayı:100
Bu xəbər 24 Avqust 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















