İran Hörmüzdən keçən gəmilərdən HAQQ ALMAĞA BAŞLAYIB
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Hörmüz boğazından keçən gəmilərdən xidmət haqqı alınmasına dair planın icrasına başlanıldığı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə SEPAH-a bağlı “Fars News” agentliyi məlumat yayıb.
Məlumata görə, plan İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində və Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında həyata keçirilir. Bu məqsədlə xüsusi işçi qrupunun yaradıldığı qeyd olunub.
“Fars”ın məlumatına əsasən, əldə olunan vəsaitlər dövlət xəzinəsinə yönləndiriləcək və müəyyən edilmiş sahələrdə istifadə olunacaq.
Agentlik bildirib ki, ödənişlər yalnız nağd formada həyata keçirilmir. Bəzi hallarda ödənişlər Tether (USDT-ABŞ dollarına indekslənmiş rəqəmsal valyuta), mal və ya barter yolu ilə aparılır.
Belə hallarda təqdim edilən mal və ya xidmətlərin dəyəri hesablanaraq ümumi ödəniş məbləğindən çıxılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 İyun 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















