Icma.az
close
up
RU
İran ilk nüvə silahını əldə etdi Sensasion gəlişmə

İran ilk nüvə silahını əldə etdi Sensasion gəlişmə

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəetmə Şurasının İran əleyhinə qəbul etdiyi qətnaməni alqışlayıb. Məlumata görə, bu ölkələr İranı nüvə materiallarından istifadə ilə bağlı AEBA-ya məlumat vermədiyinə görə qınayıb və Tehranı qurumla əməkdaşlığa çağırıb.

Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Araqçı bildirmişdi ki, agentlik Tehran və onun nüvə proqramına qarşı qeyri-konstruktiv qərar qəbul edərsə, İran qəti cavab tədbirləri görəcək.

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, regionumuzu “barıt çəlləyinə” çevirən fakrorlardan biri də İranın nüvə proqramı ətrafındakı müəmmadır:

“Xüsusilə 2024-cü ilin yayından bəri bu mövzu ətrafında gərginlik pik həddə çatıb. MAQATE-nin bu ilin yayına olan məlumatına görə, İran artıq 60 faiz zənginləşdirilmiş 165 kiloqram urana malikdir. Bu məlumatdan sonra ABŞ rəsmiləri İranın bir neçə həftə ərzində nüvə silahı istehsal etmək gücünə çata biləcəyini qeyd etdilər. MAQATE rəhbəri isə mətbuata müsahibəsində İranın nüvə silahı əldə edəcəyi təqdirdə, regionun digər ölkələrinin də bundan nümunə götürə biləcəyini və bunun “nüvə silahının yayılmaması rejiminin eroziyasına” səbəb olacağını bildirdi.

AEBA-nın İran əleyhinə qəbul etdiyi qətnaməyə gəldikdə isə bu addımın ciddi təsiredici gücünün olacağı inandırıcı deyil. Bunu qonşu ölkəyə xəbərdarlıq kimi qiymətləndirmək olar. İranın qətnaməyə ilkin cavabı da gecikmədi. “Mehr” agentliyinin məlumatına görə, AEBA-nın qətnaməsinə cavab olaraq İran yeni sentrifuqaları fəaliyyətə buraxıb”.

Politoloq qeyd edib ki, Rusiya ilə son illər dərinləşən hərbi-texniki əməkdaşlığı nəzərə alsaq, nüvə silahı istehsalı mövzusunda rəsmi Moskvanın İrana ciddi dəstəyi tamamilə ağlabatan səslənir:

“Fikrimcə, İran artıq ilk nüvə silahlarını əldə edib və Araqçı “qəti cavab” dedikdə bunun rəsmi şəkildə dünyaya elan olunmasını nəzərdə tutur. Bu isə İrana yeni status, yeni güc verən əhəmiyyətli faktor kimi qiymətləndirilə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri