İran İsrail HHQ nin “Təl Nof“ bazasına zərbələr endirib
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına hücum edib, həmçinin ABŞ-nin İordaniya ərazisindəki "Əl-Əzraq" bazasında yerləşən "F-35" və "F-15" qırıcılarına zərbələr endirib.
Moderator.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı dronlardan istifadə olunub.
"İran İslam Respublikasının Silahlı Qüvvələri bu gün sübhdən etibarən İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına, eləcə də "Əl-Əzraq" aviabazasında ABŞ-nin "F-35" və "F-15" qırıcılarının yerləşdiyi məkanlara zərbələr endirmək üçün ölkənin müxtəlif rayonlarından pilotsuz uçuş aparatlarını cəlb edib", - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:356
Bu xəbər 23 Mart 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















