Icma.az
close
up
RU
İran İsrail müharibəsi Yaxın və Orta Şərqə böyük bəlalar vəd edir ŞƏRH EDİLDİ

İran İsrail müharibəsi Yaxın və Orta Şərqə böyük bəlalar vəd edir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İran-İsrail müharibəsi Yaxın və Orta Şərqə böyük bəlalar vəd edir. Gözümüzün önündə böyük bəlalar yetişir və bu bəlaların kökündə yalnız yerli qarşıdurmalar, etnik münaqişələr deyil, dünya güclərinin bu regiondakı gizli və açıq maraqları dayanır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, artıq aydın görünür ki, bəzi Qərb ölkələri başda ABŞ olmaqla, Fransa, Britaniya və digərləri bu coğrafiyada sülhə deyil, daha çox öz maraqlarına xidmət edən siyasətlər yürüdürlər: "Onların yanaşması isə çox zaman riyakar, qeyri-səmimi və ikiüzlü olur. Bəzən bir tərəfə azadlıq, hüquq, demokratiya adı ilə dəstək verirlər, amma o biri tərəfin məruz qaldığı zülmə göz yumurlar. İsrail məsələsi isə bunun bariz nümunəsidir. Hər kəs görür ki, bu dövlətin arxasında güclü dayaq var. Bu dayaqlar arasında ABŞ, Fransa, Britaniya kimi ölkələr xüsusi rol oynayır. Bu isə regionda balansı pozur, münaqişəni daha da dərinləşdirir. Ədalət deyə bir anlayış isə sadəcə söz olaraq qalır. Bütün bunların fonunda beynəlxalq hüququn, insan haqlarının və xalqların öz müqəddəratını təyin etmə hüququnun necə tapdalandığını görürük. Bu gün dünyada elə bir mənzərə yaranıb ki, sanki bəzi dövlətlər birlikdə bir səhnə qurub, artıq dünyanın “çuxurunu qazıblar” və həmin çuxura ədaləti, sabitliyi, insanlıq anlayışını basdırırlar. Bu, çox təhlükəli bir prosesdir. Çünki belə davam edərsə, nə xalqlar rahatlıq tapa bilər, nə dövlətlər sabitlik içində yaşaya bilər, nə də bölgələrdə əmin-amanlıq bərqərar olar. Hər kəs bu xaosun içində sağ qalmaq üçün mübarizə aparmaq məcburiyyətində qalacaq. Biz bu mənzərəni sadəcə televiziyadan və xəbərlərdən görmürük, hiss edirik. Ətrafımızda baş verənlər, regionda gərginliyin artması, təhlükəsizlik risklərinin çoxalması və iqtisadi-sosial sabitliyin pozulması birbaşa bizim həyatımıza da təsir edir. Ona görə də, dünya ictimaiyyəti artıq bu məsələlərə ciddi və obyektiv yanaşmalıdır. Hər şeyə maraq prizmasından deyil, ədalət prizmasından baxılmalıdır. Çünki ədalət olmayan yerdə heç vaxt uzunmüddətli sülh və xoşbəxtlik ola bilməz. Əgər bir yerdə qanun-qayda pozulursa, bu, təkcə o yerə aid olmur. Qanunun tapdanmasına göz yumulursa, bu artıq universal bir təhlükəyə çevrilir. Çünki qanunsuzluq bir ölkədə baş verirsə və cəzasız qalırsa, onun təsiri gec-tez başqa ölkələrə də yayılacaq. O qanunsuzluğun ağırlığı bumeranq kimi onu törədənin öz başına qayıdacaq. Tarix bunu dəfələrlə sübut edib.

Hazırda dünya ictimaiyyəti ABŞ-ın, yəni dünya siyasətində əsas söz sahiblərindən birinin məsuliyyətsizliyinə şahidlik edir. Bir dövlətin öz maraqları naminə digər ölkələrin ərazisinə müdaxilə etməsi, onların alimlərini, hərbiçilərini, siyasi və dini liderlərini hədəfə alması sadəcə beynəlxalq hüququn deyil, insanlığın ruhunun da pozulmasıdır. Bu kimi addımların arxasında duranlar bəzən azadlıq və təhlükəsizlik bəhanəsi gətirirlər, lakin nəticədə xalqlar daha çox acı, daha çox ölüm və daha çox qeyri-sabitlik yaşayır. Belə addımlar xalqlar arasında nifrət toxumu səpir. İnsanlar artıq inamını, ümidi itirir. Haqsızlığa qarşı susan və ya dəstək verənlər sabah bu susqunluğun və laqeydliyin əvəzini çox ağır ödəyə bilərlər. Çünki haqsızlıq bir yerdə baş qaldırıb cəzasız qalırsa, o, gec-tez hər yerə yayılır. Bu gün bəzi müsəlman dövlətləri İranın yanında dayanırlar. Bunu ona görə etmirlər ki, İran onların ideal modeli və ya dostudur. Bunun əsas səbəbi daha dərin və realdır: bu dövlətlər görürlər ki, İran bütün tənqidlərə baxmayaraq heç kimin torpağına göz dikməyib, heç bir ölkəyə birbaşa hücum etməyib. O sadəcə öz mövcudluğunu qorumağa çalışır. Ədalətsizliyin qarşısında susmaq onu qəbul etmək deməkdir. Bu isə gələcəkdə daha böyük faciələrə yol aça bilər. Dünya gücləri anlamalıdırlar ki, qüvvə və nüfuz yalnız hüquqla, ədalətlə və insani dəyərlərlə güclü olar. Əks halda, onların qurduğu nizam bir gün öz üzərinə çökər. Heç bir halda bir ölkəyə qarşı təcavüzə haqq qazandırmaq olmaz. Bu, nə beynəlxalq hüquqa, nə də insani dəyərlərə sığır. Mənim fikrimcə, bugünkü hadisələr fonunda İsrailin hazırkı hökuməti, xüsusilə Netanyahu rəhbərliyi bu proseslərin əsas məsuliyyət daşıyıcısıdır. Onlar açıq şəkildə beynəlxalq hüququ pozur, regionda sabitliyi sarsıdır, və ən dəhşətlisi minlərlə günahsız insanın qanını tökürlər. Təsəvvür edin, bir dövlət durub başqa bir ölkənin şəhərlərini istər Təbriz olsun, istər Zəncan, istərsə də digər bölgələri bombardman edir və dünya buna susqun qalır. Kimsə "dur" demir. Nə beynəlxalq təşkilatlar, nə də böyük güclər buna səs çıxarır. Əslində, bu artıq təəccüblü də deyil. Çünki dünyada ədalət deyil, maraqlar daha çox danışır. Qəzza bölgəsində baş verənlər isə insan vicdanını titrədəcək səviyyədədir. 15 minə yaxın uşaq həyatını itirib. Bu rəqəm yalnız uşaqlardır, qadınlar, yaşlılar, ailələr barədə isə danışmağa söz tapmaq olmur. Hərbi güc adı altında, texnologiya adı altında həyata keçirilən bu dağıdıcı hücumlar, əslində, bir xalqın üzərinə endirilən kütləvi cəzadır. Bunun adı müharibə yox, qətliamdır.

Bəs belə bir rejim nəyə qadirdir? Ancaq ölüm gətirməyə, dağıntı yaymağa, insanlara qorxu və səksəkə yaşatmağa. Bu vəziyyətdə ən böyük zərbə xalqa dəyir. Şəhər əhalisinin özü belə artıq Nətanyahu hökumətindən narazıdır. Halbuki normalda müharibə şəraitində insanlar siyasi nümayişlərə çıxmaz, hakimiyyəti tənqid etməz. Amma indi vəziyyət dəyişib. Hamı hiss edir ki, bu yol ölüm və nifrət yoludur. Bu yol İsrail xalqını da, region xalqlarını da uçuruma aparır. Bu proses bir gün dayanacaq. Sakitlik bərpa olunacaq. Amma o zaman insanlar sual verəcək: "Netanyahu, sən necə siyasət yürütdün ki, bütün bir regionu odu-alova qərq etdin?" Sual təkcə İsrail xalqından gəlməyəcək. Bu sualı tarix verəcək. Bu sualı 15 min uşaq adına bütün bəşəriyyət verəcək.

Bugünkü dünya siyasətində baş verənlər sadəcə bir neçə ölkənin problemi deyil. Hər kəsə aid, hər kəsi narahat etməli olan məsələlərdir. Xüsusilə, Yaxın Şərqdə baş verən hadisələr artıq regional münaqişə deyil, qlobal təhlükəyə çevrilməkdədir. Bu təhlükənin kökündə siyasi məsuliyyətsizlik, ikili standartlar və daxili maraqların qarşıdurması dayanır. İsrailin sabiq müdafiə naziri özü belə Netanyahu hökumətinə qarşı kəskin ittihamlarla çıxış edir. O, açıq deyir ki, “7 oktyabr hadisələrində Netanyahunun əli olub və biz onu məhkəməyə verəcəyik.” Bu söz təsadüfi deyil. Bu, həmin hadisələrin arxasında daha böyük siyasi planların olduğunu göstərir. Əgər ölkənin içində belə ittihamlar səslənirsə, demək, nəsə ciddi və gizli qalan həqiqətlər var. Belə yüngül, planlı və bir o qədər də dağıdıcı şəkildə başlayan müharibələrin sonunu gətirmək çox çətin olur. Alovu yandırmaq asandır, amma o alovu söndürmək illər, bəzən onilliklər çəkə bilər. O səbəbdən də dünya birliyi bu prosesi səssiz izləməməlidir. Əgər indi müdaxilə olunmazsa, sabah gec olacaq. Türkiyə, Azərbaycan, Pakistan kimi dövlətlər bu məsələyə diqqətlə yanaşmalı, daha fəal mövqe sərgiləməlidirlər. Çünki bu bölgədə baş verən hər bir gərginlik onların sərhədlərinə, təhlükəsizliyinə və daxili sabitliyinə də təsir göstərə bilər. Biz bir reallığı anlamalıyıq: bu münaqişə yalnız Fələstin və İsrail arasında deyil, o, artıq ümumi insanlığın vicdanını test edən bir imtahana çevrilib. Əgər bu yanğının qarşısı alınmasa, dünya müharibəsinin kölgəsi artıq görünməkdədir. Biz bu kölgənin tədricən necə böyüdüyünü seyr edirik. Əgər bu gediş dayandırılmazsa, sabah bu alov daha böyük əraziləri bürüyəcək. İndi hələ ümid var. Hələ xalqlar danışır, hələ diplomatiya nəfəs alır. Amma bu ümid uzun çəkməyə bilər. Ona görə də, bu gün sükut yox, söz demək zamanıdır. Bu gün insanlıq naminə cəsarətli mövqe ortaya qoymaq vaxtıdır. Bu gün baş verənlər sadəcə bir neçə ölkə arasında münaqişə deyil. Bu, artıq dünya sülhü üçün açıq bir təhlükə, yeni bir dünya müharibəsinin astanası ola biləcək qədər ciddi bir prosesdir. Bəli, məsələ dəhşətlidir. Amma hələ də zaman var, nə qədər ki, gec deyil, diplomatik səylərlə, siyasi müdrikliklə bu fəlakətin qarşısı alınmalıdır. Artıq dünya bir daha "soyuq müharibə" dönəminin paralelini yaşayır. Baxın: bir tərəfdə İran və onun arxasında duran dövlətlər — Çin, Rusiya, Pakistan, Şimali Koreya, digər tərəfdə isə İsrail və onun açıq və gizli şəkildə arxasında duran qüvvələr — ABŞ, Böyük Britaniya, Fransa və digər Qərb dövlətləri dayanıb. Bu, sadəcə bir regional qarşıdurma deyil. Bu, böyük güclərin toqquşması ehtimalını daşıyan təhlükəli bir geosiyasi müstəvidir. Ən təəssüf doğuran hal isə budur ki, bu mübarizənin meydanı yenə də müsəlman xalqlarının yaşadığı torpaqlar olur. Xəritəyə baxdıqda görürük ki, münaqişələr, hərbi qarşıdurmalar, dağılmış şəhərlər, qətlə yetirilmiş uşaqlar, qadınlar — bütün bunların mərkəzində müsəlman ölkələri var: Yaxın Şərq, Orta Şərq, Şimali Afrika, Cənubi Asiya".

"Avropa nə üçün bu proseslərdən nisbətən kənarda qala bilir? Çünki Avropa İkinci Dünya Müharibəsinin dağıntısından sonra 80 ildən artıqdır ki, özünü müharibə meydanı kimi təqdim etmir. Onlar sülhə qiymət verdilər, inteqrasiyanı seçdilər. Amma müsəlman ölkələri hələ də oyun taxtasına çevrilmiş durumdadır. Bu gün Rusiya-Ukrayna müharibəsi Şərqi Avropanın təhlükəyə necə açıq olduğunu göstərdi. Lakin son vaxtlar Balkanlarda yenidən baş verən gərginlik, Fələstin-İsrail qarşıdurması və İran ətrafındakı hadisələr aydın göstərir ki, müharibə alovu müsəlman regionlarını daha çox bürüyür. Əgər indi dünyada sülh üçün real və ədalətli təşəbbüslər irəli sürülməzsə, əgər güc yox, hüquq önə çıxarılmazsa, bu münaqişələr böyüyəcək və sonda heç bir ölkəni kənarda saxlamayacaq. Bu zaman artıq “niyə susduq?”, “niyə laqeyd qaldıq?” suallarının heç bir əhəmiyyəti qalmayacaq. Ona görə də indi danışmaq, indi hərəkətə keçmək zamanıdır. Şübhə yoxdur ki, bu gün Yaxın Şərqdə baş verən münaqişələrin bu qədər uzanmasında və alovlanmasında Qərb dövlətlərinin də payı var. Onların dəstəyi, bəzən də susqunluqla müşayiət olunan mövqeləri, təəssüf ki, prosesləri daha da gərginləşdirir. Amma əsl məsuliyyət hər iki xalqın gələcəyini düşünən, uzaqgörən və müdrik rəhbərlərin ortaya çıxmasındadır. Əgər İsrail həqiqətən müdrik bir siyasət yürütsəydi, əgər İsrail xalqı doğrudan da öz gələcəyi haqqında dərindən düşünən bir hökumət seçsəydi bu qədər qan tökülməzdi. Fələstin xalqının öz dövlətini qurmasına şərait yaradılmalı idi. Onlara müstəqil yaşamaq haqqı tanınmalı, beynəlxalq hüquqa uyğun olaraq dövlət statusu verilməli idi. Bu, təkcə Fələstin üçün deyil, İsrailin özü üçün də sülhə gedən yeganə yoldur. Əgər bu addım atılsaydı, nə Qəzzada uşaq qanı axardı, nə də regionda bu qədər nifrət və qarşıdurma yaranardı. Fələstinlilər öz dövlətləri ilə məşğul olardı, İsraillilər öz təhlükəsiz və sabit həyatlarına qayıdardı. Hər kəs bir-birinə düşmən kimi baxmaz, qonşu kimi yaşamaq öyrənilərdi. Sonda isə hər iki tərəf rahat nəfəs alardı. Uşaqlar müharibə səsləri ilə yox, quş səsləri ilə yuxudan oyanardı. İnsanlar silah yox, çörək və sabitlik dalınca qaçardı. Amma bunun üçün bircə şey lazımdır — iradə və ədalət. Ən əsası: İsrail xalqı, əgər doğrudan da sülh istəyirsə, elə bir hökumət seçməlidir ki, sülhə aparan qapıları bağlamasın, açsın" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri