Icma.az
close
up
RU
İran buna getsə, Yaxın Şərqə böyük fəlakətlər gətirəcək Politoloq

İran buna getsə, Yaxın Şərqə böyük fəlakətlər gətirəcək Politoloq

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu tələb müharibənin yenidən və daha dəhşətli şəkildə alovlanmasına gətirib çıxaracaq bir addım olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev İran parlamentinin bir qrup deputatının müdafiə doktrinasına dəyişikliklər edilməsi və nüvə silahının yaradılması imkanlarının nəzərdən keçirilməsi tələbilə çıxış etmələrini şərh edərkən deyib.

"Bir neçə gün bundan öncə Tehranla Moskva arasında İranda 3 kiçik atom elektrik stansiyasının tikilməsilə bağlı 25 milyard rublluq razılaşma əldə olunub. Bunun ardınca İran parlamenti deputatlarının nüvə silahı yaradılması imkanlarının nəzərdən keçirilməsi tələbilə çıxış etmələri göstərir ki, Tehran 12 günlük müharibədən nəticə çıxarmayıb", deyə Taleh Əliyev qeyd edib.


Ekspertin fikrincə, İran buna gedərsə, növbəti daha qanlı və dəhşətli müharibənin başlanmasına stimul verəcək:

"Belə bir müharibə yenidən başlayacaqsa, İran coğrafiyasında böyük tələfatlara, iqtisadiyyatın daha bərbad vəziyyətə düşməsinə səbəb olacaq. Bir sözlə, İran başda olmaqla Yaxın Şərq coğrafiyasına böyük fəlakətlər gətirəcək. Gedişat belə bir ssenarinin gerçəklənməsinə doğru inkişaf edir".

Qeyd edək ki, İranda parlamentin 71 üzvü ölkənin müdafiə doktrinasına ciddi dəyişikliklər edilməsini və nüvə silahının yaradılması imkanlarının nəzərdən keçirilməsini tələb edib. Sepah Pasdaranın "Telegram" kanalının yaydığı məlumata görə, deputatlar bu barədə həm Milli Təhlükəsizlik Şurasına, həm də yüksək vəzifəli məmurlara rəsmi məktub göndəriblər.

Məktubda vurğulanır ki, İmam Xameneinin 2010-cu il fitvası nüvə silahının istehsalı və istifadəsini qadağan etsə də, silahın özü və ehtiyatının yaradılması çəkindirici amil kimi önəm daşıyır. Deputatların fikrincə, bu yanaşma İranın müdafiə strategiyasında ciddi üstünlük təmin edə bilər. Kanalın məlumatına görə, son illərdə aparılan ictimai rəy sorğuları göstərir ki, 12 günlük müharibədən sonra xalq arasında nüvə silahına dəstək əhəmiyyətli dərəcədə artıb.

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Sentyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri