İsrail Prezidenti Bakıda Yaxın Şərqə mesaj verdi
Azpost saytına istinadən Icma.az xəbər verir.
İsrail Prezidenti İsxak Hersoq Yaxın Şərqdə, o cümlədən Livan, Suriya və Qəzzada sülhün bərqərar olacağına ümid etdiyini bildirib. O, terrorun bütün formalarına qarşı birgə mübarizənin və dövlətlər arasında birbaşa dialoqun vacibliyini vurğulayıb.
APA xəbər verir ki, Hersoq bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı səsləndirib.
İsrail Prezidenti qeyd edib ki, Yaxın Şərqdə sülhə nail olmaq üçün tərəflər arasında birbaşa təmas və dialoq vacibdir. Onun sözlərinə görə, XXI əsrdə ölkələr arasında qarşılıqlı asılılıq artdığından beynəlxalq əməkdaşlıq artıq seçim deyil, zərurətdir.
Hersoq bildirib ki, terror, aclıq, xəstəliklər və digər transmilli təhdidlər dövlət sərhədlərini aşır. Buna görə də heç bir ölkə bu problemlərlə təkbaşına mübarizə apara bilməz. O əlavə edib ki, dövlətlər təcrid olunmuş vəziyyətdə iqtisadi inkişaf və texnoloji tərəqqinin imkanlarından da tam yararlana bilməzlər.
“Bölünmə əvəzinə dialoqu seçək”
İsrail Prezidenti ABŞ dövlət katibi Marko Rubionun Mərkəzi Asiya ölkələrinin liderləri və nümayəndələri ilə görüşmək üçün regiona gözlənilən səfərinin əhəmiyyətini də vurğulayıb. Hersoq dövlətləri ortaq məxrəcə gəlməyə, qarşıdurma əvəzinə dialoqa və düşmənçilik əvəzinə əməkdaşlığa üstünlük verməyə çağırıb. “Bütün qonşu ölkələrə, bu regiondakı və Asiyadakı xalqlara bildirirəm ki, İsrail hər birinizlə əməkdaşlığı, tərəfdaşlığı və birgə inkişafı daha da genişləndirmək istəyir və buna can atır”, – deyə o bildirib.
İsrail Prezidentindən terror və boykotla bağlı mesaj
İsxak Hersoq sülh və əməkdaşlıq məsələlərində İsrailin mövqeyini də ifadə edib. O vurğulayıb ki, sülhün təmin olunması terrorla mübarizədən ayrı nəzərdən keçirilə bilməz. “Sülh terrorla yanaşı mövcud ola bilməz və əməkdaşlıq boykotlarla inkişaf edə bilməz”, – İsrail Prezidenti qeyd edib. Hersoqun çıxışında Yaxın Şərqdə sülh perspektivləri, terrorla mübarizə, beynəlxalq dialoq və Asiya ölkələri arasında iqtisadi-texnoloji əməkdaşlığın genişləndirilməsi əsas mövzular olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 15 Oktyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















