Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

İran Kiyevi “Xeybər”lə vurmaqla hədələdi ən dağıdıcı..

İran Kiyevi “Xeybər”lə vurmaqla hədələdi ən dağıdıcı..

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Xorrəmşəhr-4" kimi də tanınan bu raket yüksək dağıdıcı gücə malik silahlardan sayılır

Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini bəyan etməsi və bunun ardınca Tehranın son dərəcə sərt reaksiyası təkcə iki ölkə arasında deyil, bütövlükdə Avrasiya məkanında yeni təhlükəsizlik böhranının formalaşdığını göstərir. İndiyədək Rusiya-Ukrayna müharibəsinin əsasən Qara dəniz, Ukrayna ərazisi və Rusiya sərhədləri ətrafında cərəyan etdiyi müşahidə olunurdusa, indi qarşıdurmanın coğrafiyası Xəzər hövzəsinə qədər genişlənmək təhlükəsi ilə üz-üzədir.


Musavat.com xəbəır verir ki, İran rəsmiləri son 24 saatda Kiyevə qarşı sərt xəbərdarlıqlar edib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, ölkəsinin təhlükəsizliyinə yönəlmiş heç bir addım cavabsız qalmayacaq. Bunun ardınca Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib. İran tərəfi ölkə vətəndaşlarının həyatını və milli maraqlarını qətiyyətlə müdafiə edəcəyini, hücumun cavabsız qalmayacağını bəyan edib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, gəminin vurulması regionda gərginliyi artırmağa və Avropanı Rusiya ilə qarşıdurmaya daha çox cəlb etməyə hesablanıb. O, həmçinin hücumun “İsrailin göstərişi ilə” həyata keçirildiyini iddia edib.
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələri və Təhlükəsizlik Xidmətinin (SBU) Xəzər dənizində uzaqmənzilli əməliyyat keçirdiyini bildirib, hətta hərbçiləri “gəmilərə zərbə endirilməsi" münasibətilə təbrik edib. İran Xarici İşlər Nazirliyi isə Zelenskinin bu açıqlamasını Kiyevin hücuma görə məsuliyyəti faktiki olaraq etiraf etməsi kimi qiymətləndirib və Ukrayna rəhbərliyinin İrana qarşı düşmən münasibətini davam etdirdiyini bəyan edib.
İndi daha çox Tehranın necə cavab verə biləcəyi haqda sualdır. İran rəsmiləri cavab tədbirlərinin formasını və vaxtını açıqlamasalar da, sərt cavab veriləcəyini bildirirlər. Tehran hesab edir ki, baş verənlərin bütün məsuliyyəti Ukrayna rəhbərliyinin üzərinə düşür.
İrana yaxın media resursları Ukraynanın İranın ballistik raketlərinin təsir dairəsində olduğunu xatırladaraq, xüsusilə "Xorrəmşəhr-4" raket kompleksini misal göstərirlər. "Xorrəmşəhr-4" – İranın ən təhlükəli ballistik raketlərindən biridir.
İranın silah arsenalında yer alan "Xorrəmşəhr-4" orta mənzilli ballistik raketi ölkənin ən güclü strateji raket sistemlərindən biri hesab olunur. Bu raket yüksək dağıdıcı gücü və uzun mənzili ilə Yaxın Şərqdə qüvvələr balansına təsir edə biləcək silahlardan sayılır.
"Xorrəmşəhr-4" raketi 2023-cü ilin may ayında İran Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə təqdim edilib. Raket "Xeybər" adı ilə də tanınır və "Xorrəmşəhr" raket ailəsinin ən müasir versiyası hesab olunur.
Raketin əsas texniki göstəricilərinə görə, onun uçuş məsafəsi təxminən 2 min kilometr, döyüş başlığının çəkisi isə 1,5 tona yaxındır. Bu xüsusiyyətlər raketə geniş ərazidə yerləşən strateji hədəfləri vurmaq imkanı yaradır.
İran rəsmilərinin bildirdiyinə görə, "Xorrəmşəhr-4" maye yanacaqla işləyən yeni nəsil mühərriklə təchiz olunub. Raketin buraxılışa hazırlıq müddətinin əvvəlki modellərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldıldığı, həmçinin onun elektron maneələrə və hava hücumundan müdafiə sistemlərinə qarşı daha davamlı olduğu vurğulanır.
Ekspertlərin fikrincə, raketin ən mühüm üstünlüklərindən biri böyük həcmli döyüş başlığı daşımasıdır. Bu, həm adi, həm də müxtəlif tip döyüş başlıqlarının tətbiqinə imkan verir. Raket yüksək sürətlə atmosferə daxil olduğundan onun qarşısının alınması mövcud hava və raketdən müdafiə sistemləri üçün daha mürəkkəb hesab edilir.
Analitiklər qeyd edirlər ki, 2 min kilometrlik uçuş məsafəsi "Xorrəmşəhr-4"ə Yaxın Şərqin böyük hissəsində yerləşən hərbi bazaları və strateji obyektləri hədəfə almaq imkanı verir. Bu səbəbdən raket İranın çəkindirmə strategiyasının əsas elementlərindən biri kimi qiymətləndirilir.
Qərb ölkələri və İsrail uzun müddətdir İranın ballistik raket proqramından narahatlıqlarını ifadə edir. Tehran isə raket proqramının müdafiə xarakteri daşıdığını və ölkənin milli təhlükəsizliyinin təmin edilməsinə xidmət etdiyini bəyan edir.
Hazırda "Xorrəmşəhr-4" İranın ən uzaqmənzilli və ən böyük döyüş başlığına malik orta mənzilli ballistik raketlərindən biri hesab olunur və regionda hərbi-strateji balansın mühüm elementlərindən biri kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 İyul 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri