Icma.az
close
up
RU
Bu şəxslərə daha 130 mənzil təqdim edilib

Bu şəxslərə daha 130 mənzil təqdim edilib

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

8 Noyabr - Zəfər Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı, Şirvan, Hacıqabul, Yevlax şəhər və rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 130 mənzil təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, Mənzillər MİDA-nın müvafiq yaşayış komplekslərində yerləşir və tam təmirlidir.

Mənzillərin təqdim edilməsi mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramının 5 dəfə genişləndirildiyini vurğulayıb.

Qeyd edilib ki, bu gün təqdim edilən mənzillər də daxil olmaqla postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500-dək, ümumilikdə ötən dövrdə isə 16 mindən çox mənzil təqdim edilib. Eyni zamanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 586, ümumilikdə ötən dövrdə 7700-dən çox avtomobil verilib.

Digər bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillərin təqdim edilməsi tədbirlərində çıxış edənlər şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasının dövlətimizin uğurlu sosial siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıblar. Həmin kateqoriyalara aid vətəndaşların mənzillə təminatı tədbirlərinin də bu siyasətin əyani təzahürü olduğu qeyd edilib.

Yeni mənzillə təmin olunan şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərə 7500-dək, ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Noyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri