İran klubu Fənərbağça nın sabiq baş məşqçisinə sərvət verəcək 1.5 ilə...
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
"Fənərbağça"nın sabiq baş məşqçisi İsmail Kartal İran klubu ilə rəsmi müqaviləyə imza atıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İran super Liqasında mübarizə aparan "Persepolis"ın prezidenti Rza Dərvişlə razılaşıb.
Məlumata görə, İstanbula gələn klub rəhbəri burada Kartalla müqaviləni imzalayıb: "İsmayıl Kartal yeni klubunda üç türk köməkçisi ilə işə başlayacaq. "Persepolis"in Kartala 1,5 il müddətinə 2,2 milyon dollar maaş ödəyəcək".
Məlumata görə, 63 yaşlı mütəxəssis bir neçə günə İrana yollanacaq.
Xatırladaq ki, İran Liqasında çempionluq uğrunda mübarizə aparan “Persepolis” mövsümün ilk yarısını lider “Traktor”dan 3 xal geridə bitirib. Komanda hazırda 29 xalla üçüncü pillədə qərarlaşıb.
Yeri gəlmişkən, Mustafa Dənizli 2006-2007 və 2011-2012 mövsümlərində bu klubda baş məqşçilik edib.
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















