Icma.az
close
up
RU
İran köhnə inancına GERİ QAYIDIR Hicab varsa, içki içmək də olar...

İran köhnə inancına GERİ QAYIDIR Hicab varsa, içki içmək də olar...

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran özünü İslam dövləti kimi təqdim etsə də hər zaman islam ənənələrinə, islami dəyərlərə qarşı çıxıb. Əslində, İran islam adı ilə dünyaya yeni bir din təqdim eləmək istəyir.
Bununla da İslam aləmində parçalanma və qarşıdurma yaratmağa çalışır. Təkcə son bir ayda baş verən iki hadisəyə diqqət etməklə İranın İslam dəyərlərinə pozucu yanaşmasını əyani şəkildə görə bilərik.
 

Məsələn bir müddət əvvəl iranlı mollanın Çin dilində azan oxuması ciddi tənqidlərə məruz qalmışdı. Çünki 1400 ildə heç bir islam ölkəsində bu cür cəfənk fikir ortaya atılmamışdı. Bunu da İran etdi.


Bu günlərdə isə daha bir biabırçı video paylaşıldı. İranda Əli Əşrəf Moəyyedi adlı din xadimi çıxışında hicab taxmayan qadınlara müraciət edərək deyib ki, kaş içki düşkünü və haram yeyən olaydınız, amma hicablı olaydınız.
Təbii ki,bu çıxış müsəlmanlar arasında hiddətlə qarşılanıb.
Üstəlik din xadiminin içkini və haram yeməyi təşviq etməsi ciddi narazılıq doğurub.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan dinşünas Tural İrfan deyib ki, sözügedən İran mollasının əsla Allahın endirdiyi islamla əlaqəsi yoxdur:
 

“O, Sasani farsların vaxtilə İslam pərdəsi altında yaratdığını gizli “Şüubiyyə” təşkilatının təmsilçisidir. Bu təşkilat İslamı sadəcə alət, pərdə olaraq istifadə etməyi nəzərdə tutur. Ona görə də qeyd edir ki, qadınlar gərək haram yeyəydi, hətta içki və narkotik istifadə edəydi, amma hicabdan imtina etməyəydi.


Burada demək istəyir ki, bizim islam adı ilə tətbiq etdiyimiz, əslində Əhəməni, Sasani nostaljisi əsasında qurulan siyasi-ideoloji baxışımızda halal və haram, əxlaq, mənəviyyat, din önəmli deyil, önəmli olan görünüş, zahir və siyasi atributlardır. Çünki İranda hicab artıq dinin dəyəri deyil, rejimin siyasi atributu, alətidir.
Amma bu molla müsəlman olsaydı, anlayardı ki, İslamda hicab da daxil olmaqla heç bir qayda məcburi deyil. Din könüllülük əsasındadır. Yeganə məcburiyyət olan ölkələrin qanunlarıdır.
İranda da hicab artıq dinin dəyəri yox, dövlətin qanunu qismində təqdim olunur. Demək hicabı orada qadınlar dinə görə könüllü deyil, rejimin cəzalarının qorxusundan geyinirlər. Bu vəziyyətin isə əsla İslamla əlaqəsi yoxdur”.
Müsahibimiz hesab edir ki, İran rejimi İslam dinini bu cür hörmətdən salıb əhali arasında nifrət yaratmaqla keçmiş məcusi dininə dönüş üçün zəmin hazırlayır:
“Artıq atəşgədələr, yerüstü duzəx (cəhənnəm) hazırlayırlar, qədim fars ənənələri dirçəldilir. İran ümumiyyətlə islamı din kimi, dəyər kimi deyil, bir yara kimi qəbul edir. Ona görə də bütün dini dəyərlər təhqir olunur və xalq arasında nifrət yaradılır. Çoxallahlılıq, din adı altında saxtakarlıq, pozğunluq baş alıb gedir. Bütün bunları da islam pərdəsi ilə edirlər.
 

İslam dininə görə isə hicab qadınların könüllü olaraq istifadə etdiyi örtükdür. Din özü birbaşa inancla, qəlblə bağlı olduğu üçün onun qaydaları da könüllüdür. Məcbur olaraq icra edilən ibadətin və hicabın da heç bir savabı ola bilməz.


Bu, artıq riyakarlıq, yaxud cəza qorxusunda edilən saxta əməldir. İran rejimi bütün dini dəyərləri, mənəviyyatı siyasi, ideoloji məqsədlərinə qurban verib. Ona görə də belə mollalar artıq danışdıqlarını dünya ilə, reallıqla sintez etmək qabiliyyətini də itiriblər”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Dekabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri