Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Pəhləvi hansı yolla GERİ QAYIDIR? KONKRET

Pəhləvi hansı yolla GERİ QAYIDIR? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə İranda baş verən hadisələr, sosial mediaya, sözün əsl mənasında, Rusiya- Ukrayna hərbi qarşıdurmasını unutdurmuşdur. İndi dünya ictimaiyyəti ciddi şəkildə İranda anbaan şiddətlənən barışmaz iqtidar- müxalifət konfliktini izləyir. Obrazlı şəkildə belə demək olar ki, İndi İranda iqtidara qarşı kəskin etiraz edənlər atalarının 47 il əvvəl, 1979-cu ilin yanvar ayının 16-da ölkədən getməyə məcbur etdikləri Məhəmməd Rəza şahın sürgün həyatı yaşayan oğlunu şah etmək istəyir, küçələrdə və meydanlarda yorulmaq bilmədən “ این آخرین نبرده، پهلوی بر می گرده – Bu sonuncu savaşdır, Pəhləvi qayıdır” – deyə hayqırırlar.

Ötən ilin dekabr ayının sonlarından Tehranda başlayan etirazlar sürətlə ölkəboyu genişlənərək iqtisadi tələblərdən siyasi tələblərə çevrilib. Ölkəni bürüyən inflyasiya, bahalıq, işsizlik xalqın kəskin etirazlarına təkan verib. Son beş ildə İranda etirazlar adi hal alıb. Məsələn, 2017-ci ilin dekabr, 2019-cu ilin noyabr, 2022-ci ilin sentyabr etirazları buna nümunədir. Lakin, indi getdikcə genişlənən etirazlar öz vüsətinə və səsləndirilən şüarlara görə əvvəlki etirazlardan ciddi şəkildə fərqlənir. Hər yerdə təxminən eyni çağrışlar edilir. Həm də bu çağırışlar 1980-ci ilin 31 oktyabrında Qahirədə özünü şah elan etmiş Reza Pəhləvinin lehinə səsləndirilir.

Etirazçılar israrlı şəkildə “Yaşasın şah- جاوید شاه“, “Ey İran şahı, İrana qayıt – ای شاه ایران، برگرد به ایران“, “İranın şahı yoxdur, haqqı-hesabı yoxdur- ایران كه شاه نداره حساب كتان نداره”, “Vəliəhd hardasan, gəlib dada çatasan – ولیعهد كجایی، به داد ما بیایی“, “Şüarımızdır milli- Reza, Reza Pəhləvi- این است شعار ملی، رضا رضا پهلوی”, “Reza şah, ruhun şad – رضا شاه روحت شاد” məzmunlu şüarlar səsləndirərək mövcud rejimin varlığını ciddi şəkildə təhdid altına alırlar. ABŞ və İsrail liderlərinin etirazçıları dəstəkləməsi etiraz dalğasının daha da artmasına səbəb olmuşdur.

Etiraz nümayişlərində etirazçılar tərəfindən adı yüksək səslə səsləndirilən Reza Pəhləvi 31 oktyabr 1960-cı ildə Tehranda anadan olub. 1941–1979-cu illərdə hakimiyyətdə olmuş Məhəmmədreza şah Pəhləvinin vəliəhdi kimi uşaqlıqdan əlahiddə imtiyazlı mühitdə böyümüşdür. Reza Pəhləvi xüsusi müəllimlərdən təhsil almış və taxt-tacın növbəti sahibi kimi hazırlanmışdı. Atası kimi o da hərbi aviasiya məktəbində oxumuşdur. 16 yaşı olanda F-4 reaktiv təyyarəsi ilə müstəqil sınaq uçuşunu gerçəkləşdirmişdi. 17 yaşında peşəkar hərbi pilot kimi yetişmək üçün ABŞ-a göndərilmışdi, lakin 1979-cu ilin 16 yanvarında atası devrildiyi üçün Reza Pəhləvi İrana qayıtmayıb və o vaxtdan ABŞ-da yaşayır.

Reza Pəhləvi Hərbi Hava Qüvvələri məktəbinin və Cənubi Kaliforniya Universitetinin Siyasi elmlər fakültəsinin məzunudur. 1980 – 1988-ci illərdə İran-İraq müharibəsi zamanı o, könüllü olaraq İranın hərbi pilotu kimi döyüşməyə hazır olduğunu bildirsə də təklifi qəbul olunmamışdır. Ana dilindən başqa, ingilis və fransız dillərini də mükəmməl bilir. Etnik mənsubiyyətinə görə yarı türk, yarı fars olan (ana tərəfdən babası Söhrab Diba (1900 – 1948), ata tərəfdən nənəsi Tacxanım Ayrımlı (1896 – 1982) və anası Şahbanu Fərəh Diba Pəhləvi (1938 ) milli mənşəcə türkdür) şahzadə Reza Pəhləvi İranda yaşayan bütün etnik qrupların eyni bayraq altında və vahid ölkədə yaşamasının əsas şərt olduğu fikrindədir.

Reza Pəhləvinin düşüncəsinə görə, İran liberal, demokratik və sekulyar dövlət olmalı, din dövlətdən ayrılmalıdır. Reza Pəhləvi monarxiyanı bərpa etmək əvəzinə demokratik keçid çağırışı edir. Onilliklər boyu sürgündə yaşamasına baxmayaraq, İran diasporu və mühacir müxalifət tərəfindən dəstəklənir. Zorakılığı rədd edir, silahlı qruplardan uzaq durur və sülh yolu ilə milli referendumlar keçirməyə çağırır. 1980-ci ildə Qahirədə simvolik tacqoyma mərasimi keçirərək özünü şah elan etsə də, bu, onun sonrakı demokratik mesajına zərbə kimi qiymətləndirilir. Reza Pəhləvinin onilliklər boyu İran daxilində populyarlığı dəyişkən olub; bəzi insanlar onun dövrünü modernləşmə və Qərbə yaxınlaşma dövrü kimi xatırlayır, digərləri isə SAVAK-ın fəaliyyətini yada salır. Reza Pəhləvi son zamanlarda beynəlxalq səhnələrdə aktivləşib. 2023-cü ilin yazında İsraildə Baş nazir Benjamin Netanyahu ilə görüşüb və Holokost anma mərasiminə qatılıb. Onun bu hərəkəti İran daxilində şahpərəstlər üçün problem yaradıb.

Müsahibələrində Reza Pəhləvi özünü milli barışıq simvolu kimi təqdim edir və İranı azad seçkilərə, qanun hakimiyyətinə və qadınların bərabərhüquqlu olmasına çalışdığını iddia edir, ölkənin siyasi rejiminin monarxiyanın bərpası və ya respublika quruluşlu olmasının isə referendum yolu ilə müəyyənləşdirilməsinin tərəfdarı olduğunu söyləyir. 2023-cü ildə mətbuata verdiyi müsahibədə Reza Pəhləvi bildirib ki, onun siyasi missiyası İran xalqının gələcəyini azad və ədalətli seçkilərlə müəyyənləşdirilməsini təmin etməkdir. O, həmçinin, referenduma dəstək verərkən kritik keçid dövründə potensial siyasi liderlik rolunu da öz üzərinə götürməyə hazır olduğunu bildirib. Şahzadə Parisdəki mətbuat konfransında siyasi hakimiyyət axtarmadığını, sadəcə xalqı demokratik keçid yoluna yönəltmək istədiyini söyləyib. Bu prosesdə sabitlik, azadlıq və ədalətin təmin olunmasının vacibliyini qeyd edib. O, eyni zamanda, İran üçün demokratik keçid planlarını, eləcə də territorial bütövlük, fərdi azadlıqlar və din-dövlət ayrılığı prinsiplərinə əsaslanan strategiyalarını açıqlayıb.

Reza Pəhləvi İranın konstitusion monarxiya quruluşu haqqında da fikir bildirib

Keçən ilin son günlərindən etibarən Reza Pəhləvinin siyasi kursu kəskin dəyişib. O, etirazçılara küçələrə çıxmaq çağırışı edir və özünü faktiki lider kimi göstərməyə çalışır. Siyasi ekspertlər onun xaricdə populyarlığının və mənşəyinin İran üçün keçid prosesində müəyyən rol oynaya biləcək imkan olduğunu düşünsələr də skeptiklərin çoxu Pəhləviyə xalq kütəlsini özünə inandıra biləcəyinin müşküllüyünü vurğulayırlar. İrandakı etirazlar davam etdikcə rejim əleyhinə şüarlar da kəskinləşib və Reza Pəhləvinin adı küçələrdə daha çox səsləndirilir.

Reza Pəhləvi son günlərdə daha iddialı tərzdə çıxış edir, müvəqqəti idarəçilik üçün 100 günlük planını açıqlayır. O israrlı şəkildə iranlıları şəhər mərkəzlərindəki küçə və meydanları ələ keçirməyə çağırır və yaxın zamanda ölkəyə qayıdacağını bildirir. Analitiklər isə qeyd edirlər ki, İranda demokratik sistemin birdən-birə formalaşması çətindir, çünki rejimin güclü institusional və təhlükəsizlik bazası mövcuddur.

Sürgün həyatı yaşayan Reza Pəhləvi və onun ailəsi İran diasporu icmalarından güclü dəstək alır. Onu açıq şəkildə dəstəkləyən qrupların çoxu sosial mediada güclü təsirlərə malikdir. İran daxilində sosial media ciddi məhdudiyyətlərlə qarşılaşdığı üçün İranda yaşayanların Reza Pəhləvi barədə nə düşündüyünü qiymətləndirmək çətindir. Üstəlik, yeni nəsil monarxiyanı tanımadığı üçün düşündürücü sual yaranır: xalq Reza Pəhləvinin qayıtmasını gerçəkdən də dəstəkləyirmi?

Mühacir Reza Pəhləvi özünü faktiki lider kimi göstərməyə çalışır. İranda devrilmiş monarxiyanı dəstəkləmək yasaqdır, cinayət sayılır və şahlıq rejiminin bərpası üçün üsyana səsləmək qəbul edilməyən bir anlayışdır. Analitiklərə görə, 65 yaşlı Reza Pəhləvinin iqtidara həvəslənməsinin səbəbi aydın deyil. Onlar düşünürlər ki, iranlılar həqiqətənmi monarxiyanın bərpasını dəstəkləyirlər, yoxsa sadəcə teokratiyadan yorulublar? Bu da bir gerçəklikdir ki, Reza Pəhləvi son dönəmlərdə siyasi nüfuzunu artırıb və özünü siyasi müxalifət düşərgəsində aparıcı şəxs kimi göstərə bilib. İranı xroniki xəstəlik kimi öz məngənəsində sıxan iqtisadi böhranlar vətəndaşların səbrini tükəndirib, müxalifəti gücləndirib, Reza Pəhləvi kimi siyasi fiqurun önə çıxmasına şərait yaradıb. O, 2020-ci ildə İranda Tehrandan Ukraynaya uçan sərnişin təyyarəsinin vurulmasından sonra beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkməyə nail olmuşdur.

Danılmaz faktdır ki, İsrailin Baş naziri Benjamin Netanyahu onun ən güclü dəstəkçisidir. Reza Pəhləvi keçən ilin iyun ayında İsrail və İran arasında 12 günlük müharibədən sonra İsrailə dəstəyinə görə ciddi tənqid olunub. O, bir çox İran müxalifət fiquru, o cümlədən, İranın yüksək səviyyəli siyasi məhbusları tərəfindən “xain” adlandırılıb.

Ötən həftənin cümə günü Reza Pəhləvinin “vətənə qayıtmağa hazırlaşıram ki, milli inqilabımızın qələbə anında böyük İran xalqının yanında ola bilim” sözləri hakim dairənin qəzəbinə səbəb olmuşdur. Siyasi kluarlarda Reza Pəhləvinin ABŞ Prezidenti ilə görüşəcəyi ehtimalından bəhs olunsa da, ABŞ Prezidenti Donald Tramp İranın özünü “taxt-tac varisi” elan edən şahzadə Reza Pəhləvi ilə görüş ehtimalını istisna edib və Vaşinqtonun İran hökuməti çökəcəyi təqdirdə, ona varis olacaq bir fiquru dəstəkləməyə hələ hazır olmadığını bildirib. D. Tramp The Hugh Hewitt Show podkastında 1979-cu il İslam inqilabı nəticəsində devrilmiş şahın oğlu Pəhləvini “yaxşı adam” adlandırsa da əlavə edib ki, prezident kimi onunla görüşmək uyğun olmazdı: “Düşünürəm ki, hamıya imkan verməliyik ki, ortaya çıxsınlar və görək kim irəli çıxacaq.”

Xatırladaq ki, Reza Pəhləvi, İran müxalifətinin monarxist qanadına rəhbərlik edir. Donald Trampın açıqlamaları ABŞ-ın, mövcud sistemin çökməsi halında İranda idarəetmədə “keçid dövrünə rəhbərlik etmək” təklifində Reza Pəhləvini dəstəkləmədiyini göstərir. Reza Pəhləvinin etiraz çağırışlarının artmasından sonra İran hakimiyyəti etiraz hərəkatını boğmaq məqsədi ilə ötən həftənin cümə axşamından etibarən internetə çıxışı kəsib. ABŞ prezidenti daha əvvəl İran hökumətinin etirazçılara qarşı zorakılıq tətbiq təqdirində müdaxilə edəcəyi barədə xəbərdarlıq etmişdir. Reza Pəhləvi bu xəbərdarlıqların müqabilində Donald Trampa təşəkkür edib və “milyonlarla iranlının onu sevdiyini” bildirib.

Son iki il ərzində müttəfiqlər şəbəkəsinin daralması İranın xarici siyasətinə ciddi zərbələr vurub. Belə ki, Suriyanın Prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabrında silahlı müxalif qüvvələr tərəfindən devrilib; Hizbullah İsrail hücumları nəticəsində çökdürülüb; Venesuela Prezidenti Nikolas Maduro isə ABŞ hərbçiləri tərəfindən öz iqamətgahındakı yataq otağından xanımı ilə birgə əlləri- ayaqları bağlı şəkildə ABŞ-a aparılıb. Buna baxmayaraq, İran siyasi elitası ABŞ-ın hədələrini rədd etməyə davam edir: “Biz düşmənə boyun əyməyəcəyik, onu diz çökdürəcəyik.” “Vətən-e emruz” ( وطن امروز ) qəzeti Reza Pəhləvinin müxalifətə çağrışını polisə və bəsic qüvvələrinə qarşı silahlı terror aktı kimi dəyərləndirmişdir. Rəsmi dairələr ABŞ və İsraili Pəhləvini fəallaşdıran güc olaraq görürlər.

2025-ci ilin oktyabrında İsraildə nəşr olunan gündəlik “Haaretz” (הארץ -Vətən ) qəzetinin Toronto Universitetinin Citizen Lab laboratoriyası ilə birgə apardığı araşdırma İsraillə əlaqəli rəqəmsal təsir kampaniyasının farsdilli auditoriya arasında Reza Pəhləvini təbliğ etdiyini bildirdi. Araşdırma müəyyən etmişdir ki, əməliyyat çərçivəsində monarxiya tərəfdarı mesajların artırılması üçün saxta sosial media hesablarından və süni intellektlə yaradılmış videolardan istifadə olunmuşdur. “Citizen Lab”ın təhlili kampaniyanın fəaliyyətinin İsrailin İrandakı hərbi əməliyyatları ilə sinxronlaşdırıldığını göstərib.

Tədqiqatçıların qeyd etdiyinə görə, 2025-ci ilin oktyabr ayında peşəkar ictimai əlaqələr xidməti və qeyri-autentik onlayn hesabları birləşdirən yüksək dərəcədə təşkilatlanmış media şəbəkəsi sosial mediada Reza Pəhləvini məqsədyönlü şəkildə irəli çəkib. Bu saxtakarlıq onun populyarlığını beynəlxalq səviyyədə artırsa da İranda onun real kütləvi dəstək səviyyəsinin müəyyənləşməsini çətinləşdirmiş, süni intellektlə formalaşdırılmış populyarlıq imici ətrafında mübahisələrə səbəb olmuşdur. Belə olan təqdirdə müxtəlif məkanlarda etirazçıların xorla səsləndirdiyi “İn axərin nəbərde, Pəhləvi bərmigərde- این آخرین نبرده، پهلوی بر می گرده -” şüarını eşidəndə adamda istər- istəməz belə sual yaranır: gerçəkdənmi “Pəhləvi qayıdır?”

Prof. Ramazan SİRACOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Yanvar 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see195

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see162

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see141

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri