Icma.az
close
up
RU
İran mediası Sidneydəki terror hücumunu İsrailin təşkil etdiyini iddia edir

İran mediası Sidneydəki terror hücumunu İsrailin təşkil etdiyini iddia edir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

14 dekabrda Sidneydəki Bondi çimərliyində Hanuka bayramı şənlikləri zamanı baş verən və 15 nəfərin ölümünə səbəb olan terror qırğınından bir neçə saat sonra İran mediası bu barədə fərqli mövqeyli yazılar dərc edib.

Bizimyol.info xəbər verir ki, bəzi nəşrlər hücumu İsrail hiyləgərliyi kimi təqdim edib, digərləri isə hücuma görə başsağlığı və hətta tərif ifadə ediblər.

İran Xarici İşlər Nazirliyinin atışmanı susqun rəsmi şəkildə qınaması ilə yanaşı, müxtəlif antisemitizm hekayələri də yayıldı. Lakin İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və yüksək vəzifəli rejim rəsmiləri ilə əlaqəli media orqanları tamamilə fərqli bir hekayə təqdim ediblər.

İİKK-nın "Tasnim" Xəbər Agentliyi "Avstraliyada Hanuka festivalında ən azı 10 sionist öldürüldü" başlıqlı bir məqalə dərc edib. İraqdakı İranpərəst milis orqanı olan "Sabreen News", ravvin Eli Şlengerin sui-qəsdini alqışlayıb və onun "Qəzzadakı soyqırımın qızğın tərəfdarı" olduğunu və müharibəyə dəstək ifadə etmək üçün İsrail əsgərləri ilə görüşdüyünü iddia etdi.

İİKK-lə əlaqəli digər agentlik — “Fars” — hadisəni “qaranlıq bir hekayə” kimi təqdim edərək, hücumun təkbaşına hərəkət edən şəxs tərəfindən törədilməsi versiyasını şübhə altına alıb. Məqalədə bildirilir ki, “bir nəfərin yüzlərlə insanın iştirak etdiyi ictimai tədbirdə atəş açması qeyri-təbiidir” və atışmaya “antisiyonist hisslərin geniş yayılması” kontekstində baxılmasının vacibliyi vurğulanır.

İranın “Mehr” agentliyi isə daha da irəli gedərək, birbaşa İsraili ittiham edib. Başlıqda “Avstraliyada yəhudilərə hücumun əsas şübhəlisi sionist rejimdir” deyilir və terror aktı İsrailin maraqlarına xidmət edən “yalançı bayraq əməliyyatı” kimi təqdim olunur.

Bu mövqeyi İİKK-ın yüksək rütbəli zabiti və Korpusun komandanının müşaviri general Məhəmməd Rza Nəqdi də dəstəkləyib. Nəqdi “Fars” agentliyinə müsahibəsində sual verib: “Sidneydə baş verən hadisələrdən kim qazanır?” — və özü cavablayıb: “Qazanan yeganə tərəf sionist rejimdir”.

Onun sözlərinə görə, terror aktının məqsədi “Avstraliyada Qəzzaya dəstək fəaliyyətini zəiflətmək” olub. O bildirib ki, Sidney Qərbdə “antisiyonist” etirazların əsas mərkəzlərindən birinə çevrilib. Nəqdi, həmçinin, niyə mülki şəxslərin və dini bayramın hədəf seçildiyi, İsrail müəssisələrinin, iqtisadi maraqların və ya Avstraliyada olan israilli əsgərlərin niyə hədəf alınmadığı ilə bağlı ritorik suallar səsləndirib. Onun fikrincə, Qəzzadakı vəziyyətdən diqqəti yayındıran istənilən addım “sionistlərə xidmət edir”.

İranın “Tabnak” saytı isə atışmanı “yalançı bayraq əməliyyatı” kimi xarakterizə edərək, məqsədin “İsrail əleyhinə təqib narrativini yenidən canlandırmaq” olduğunu yazıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 Dekabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri