Moskvada hava limanı bağlandı, Eminin təyyarəsi uça bilmədi
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xalq artisti Emin Ağalarov konsert turu zamanı hava yollarında qarşılaşdığı çətinlikləri izləyiciləri ilə bölüşüb.
Axşam.az xəbər verir ki, müğənni Aktauya uçduqdan sonra Yesentukidəki konsertə çatmaq üçün 11 saat qatarla yol getdiyini bildirib:
“Gözəl turumuz və macəramız davam edir. Son üç gündə başıma gələnləri bölüşürəm. Bakıdan Aktauya uçduq. Yesentukidə konsertə getməli idik. Mineralnıye Vodıya gəldik və oradan qatara minib 11 saat yol getdik. Konsert verib yatdıq, səhər durub maşınla Krasnodara gəldik. Orada da konsert verdik.
Moskvaya uçduq. Uçuş 3,5 saat olmalı idi, 5,5 saat oldu. Rusiyada hava limanları gah açıldı, gah bağlandı. Dedilər, Moskvada hava limanı bağlanıb. Kazana uçduq. Kazana çatdıq, dedilər, Moskva hava limanı açıldı. İndi də Kazan bağlandı. Dedilər, səhərə qədər uçuş olmayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 19 Noyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















