Icma.az
close
up
RU
“İran məsələsi Tramp üçün Ukraynadan daha vacib hala gəlib”..?

“İran məsələsi Tramp üçün Ukraynadan daha vacib hala gəlib”..?

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

...Danışıqlardakı çıxılmaz vəziyyətdən yorulduğu üçün Vaşinqtonun prioritetləri Ukraynadan İrana keçib..?

ABŞ-ın məqsədi Tehranı zəiflətmək və məhdud hərbi vasitələrlə, yerüstü əməliyyat olmadan nüvə proqramından imtina etməyə məcbur etməkdir, Ukrayna isə periferik, lakin unudulmayan bir aktiv olaraq qalır.

Ukraynadakı münaqişə Yaxın Şərqdəki hərbi eskalasiya fonunda ABŞ üçün prioritet statusunu itirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu qiymətləndirməni politoloq Konstantin Bloxin ictimai xəbər xidmətinə verdiyi müsahibədə verib.

Onun sözlərinə görə, Vaşinqton nəticəsiz danışıqlardan bezib və diqqətini İranı zəiflətməyə və nüvə proqramından imtina etməyə məcbur etməyə yönəldib.

Qeyd edək ki, daha əvvəl, yəni fevralın 28-də ABŞ və İsrail İrandakı hədəflərə raket zərbəsi endirib və ali lider Əli Xamenei öldürülüb.

...Tehran buna cavab olaraq BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla, İsrail şəhərlərinə və Fars körfəzindəki Amerika bazalarına zərbələr endirib.

Bloxin ictimai xəbər xidmətinə verdiyi müsahibədə, Trampın İranla döyüşə quru qoşunları göndərməyəcəyini bildirir. Onun dediyinə görə, çünki bunun üçün ən azı 100.000 əsgər tələb olunacaq və trilyonlarla dollara başa gələcək...

Ekspertin fikrincə, hazırkı əməliyyat məhdud bir tədbirdir və genişmiqyaslı işğal olmadan rejim dəyişikliyi mümkün deyil. ABŞ-ın məqsədi İranı zəiflətmək və onu danışıqlar masasına qayıtmağa məcbur etməkdir.

Politoloq əlavə edib ki, Ukrayna yolu, sərf olunan səylərə və resurslara baxmayaraq, arxa plana keçib, lakin ABŞ bundan tamamilə imtina etməyəcək, çünki bu, təsir vasitəsidir.

...Tramp üçün prioritet, ilk növbədə, Qərb yarımkürəsi və Venesuela, Kuba, Panama, Meksika və Qrenlandiya ilə əlaqəli bütün problemlərdir.

...İkincisi, Avrasiyada əsas geostrateji maraqlar var: İran və Çini cilovlamaq, İsraili isə dəstəkləmək.

...Yeri gəlmişkən, İrana zərbə vurmaqla o, həm də Çini zəiflədir, çünki İran neftinin çox hissəsi ora göndərilirdi..?

Bunu da ekspert qeyd edir.

...Və bu arada politoloq Vladimir Kireyev Trampı məhz Netanyahunun göstərişi ilə İrana hücum etdiyini iddia edir.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Mart 2026 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri