Icma.az
close
up
RU
İran minarələrindən əzan yox, terror səsi gəlir: Molla rejiminin əsl üzü

İran minarələrindən əzan yox, terror səsi gəlir: Molla rejiminin əsl üzü

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Yaxşı deyiblər, qonşuya ümid olan şamsız qalar. Düzdür, bu, hər qonşuya aid deyil, amma Azərbaycanın qonşu sarıdan demək olar ki, heç vaxt bəxti gətirməyib. Bir tərəfdən Ermənistan, bir tərəfdən son vaxtlar şovinist siyasətini intensivləşdirən Rusiya, indi də İsrail və ABŞ qarşısında əziləndən sonra hikkəsini üstümüzə tökən İran. O İran ki, eyni dini daşıyasan, amma içində əbədi nifrət gizlənə… Azərbaycan indi məhz belə bir mənzərə ilə üz-üzədir. İran adlanan rejim illərlə "müsəlman qardaşlığı" deyib, indi isə həmin ağızla yenə də ölkəmizə qarşı hücuma keçir. Sosial şəbəkələrin İran seqmentində ünvanımıza iftiralar səslənir, Azərbaycan Prezidenti və dövləti təhqir olunur. Açıq-aşkar "raket atarıq", "partladarıq" deyən profillər - hamısı birbaşa İran dövlətinin, şəxsən Ali lider Seyid Əli Xameneinin kölgəsindən çıxır. Bu artıq siyasət deyil, bu, terrorun rəsmiləşdirilmiş formasıdır.

Tehranın İran-İsrail münaqişəsi fonunda diqqətini açıq şəkildə Azərbaycanın üzərinə yönəltməsi artıq təsadüfi görünmür. Bu kampaniya sadəcə söz güləşdirməkdən ibarət deyil, burada həm ideoloji hücum, həm də birbaşa təhlükə mesajları yer alır. İran tərəfindən aparılan bu təbliğat həm daxildəki ictimai rəyi formalaşdırmağa, həm də Azərbaycanda siyasi təzyiq yaratmağa hesablanıb.

Təbii ki, bu kampaniyanın kökündə bir neçə əsas hədəf dayanır: Azərbaycanın İsraillə münasibətləri, türkdilli və müsəlman, amma İranın təsirindən kənar müstəqil siyasət aparan dövlət, Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının milli kimliyi və Tehran rejiminin onlardan duyduğu narahatlıq.

Bu addımlar isə təkcə Azərbaycanın daxili sabitliyinə yox, bütövlükdə regionun təhlükəsizliyinə yönəlmiş bir təhdiddir.

Hazırda şahid olduğumuz vəziyyət İranın açıq-aşkar təxribatçı yanaşmasının daha sərt formaya keçdiyini göstərir. Sosial şəbəkələrdə yayılan materialların miqyası, dili və məqsədi göstərir ki, bu sadəcə spontan ifadələr deyil - koordinasiyalı, planlı və dövlət səviyyəsində dəstəklənən kampaniyadır.

Məsələn, iyunun 27-də İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin çıxışına nəzər salaq. Səfir rəsmi səviyyədə Azərbaycanın İsrailin İrana qarşı hücumlarında guya "iştirak" etməsi ilə bağlı ölkəmizin əleyhinə ittihamlar səsləndirdi. Bu isə nəinki əsassızdır, əksinə, dövlətlərarası münasibətləri pozmağa və Azərbaycana qarşı cəmiyyəti qızışdırmağa hesablanmış siyasi dezinformasiyadır. Səfir bəyanatında guya İsrailin Azərbaycanın hava məkanından istifadə edərək hücumlar təşkil etdiyini iddia edir. Halbuki, rəsmi Bakı dəfələrlə və aydın şəkildə bəyan edib ki, Azərbaycan ərazisi və hava məkanı heç bir qonşu ölkəyə qarşı hücum üçün istifadə edilə bilməz və edilməyib. Ən təhlükəli məqam isə ondan ibarətdir ki, İranın bu son kampaniyası sadəcə informasiya savaşı ilə məhdudlaşmır. Diplomatik nümayəndələrin ritorikasında birbaşa raket hücumları ilə təhdidlər, ölkə daxilində terror aktlarına çağırışlar, silsilə partlayışların törədilməsi ilə bağlı eyhamlar edilir. Bu isə artıq diplomatiyanın normativ çərçivələrdən çıxaraq, İran rejiminin terror ritorikasına keçdiyini açıq şəkildə göstərir. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və daxili sabitliyinə qarşı belə ritorikaların səsləndirilməsi həm regionda, həm də beynəlxalq aləmdə İranın açıq təhlükə mənbəyi və terror ölkəsi olduğunu bir daha sübut edir. Bu, artıq təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq üçün təhlükəli bir presedent yaradır. Belə davranışlar İranın terroru xarici siyasət alətinə çevirdiyini və bölgədə sabitliyi hədəf aldığını sübut edən yeni nümunələrdir.

Lakin İran bilməlidir ki, Azərbaycan heç vaxt təhdidə boyun əymir, heç nəyi suverenlik prinsiplərindən üstün tutmur. İran istədiyi qədər bağırsın, Azərbaycan öz yolundadır. Bizim müstəqilliyimiz, siyasətimiz və qərarlarımız Tehrandan yox, Bakının öz iradəsindən və xalqın gücündən doğur. Amma İran onu da unutmasın ki, sel gələndə qarşısını heç kim ala bilməz, əksinə, ən birinci qarşısını kəsən bəndi vurub dağıdar. Ermənistanı özünün "qırmızı xətti" elan edən molla rejimi ki, bunu yaxşı bilir!

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyun 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri