Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

İran: model böhranı və qırılan dövlət mexanizmi

İran: model böhranı və qırılan dövlət mexanizmi

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün İran adlanan coğrafiyada baş verənlərin təsadüfi dalğalanma olmadığı bəllidir; bu, uzun illər yığılıb qalmış tarixi, siyasi və mənəvi gərginliyin sistemli şəkildə üzə çıxmasıdır. Söhbət artıq təkcə iqtisadi narazılıqlardan və sosial etirazlardan getmir – hadisələrin miqyası, coğrafiyası və ardıcıllığı bunu aydın göstərir. Burada dövlətlə vətəndaş arasında münasibətin mahiyyəti, hakimiyyətin legitimliyi və ölkənin gələcək idarəetmə modeli mübahisə predmetinə çevrilib. Və rejimin xalqla arasının, üstəlik, havanın bu soyuq caxtında isti qan axıdılıb, insanlar qətl edilib. – İndi sən gəl də bu qanın üstündə, heç nə olmamış kimi, daha öncəki sayaq dayan-dur görüm, necə dayanır, necə durursan?.. Azərbaycanın Quzeyi 36 il öncənin elə bu ayında yaşadıqlarını unutmayıb; Güneyimiz də, elə Tehranın yarısı da bu ay, bu günlərdə yaşadıqlarını unutmaz. Əli qanlı rus şovinizmi 20 Yanvardan sonra nəsibini aldı; kim deyir, indi də Fars-molla rejimi öz nəsibini almaya bilər?

İranda durumu mürəkkəbləşdirən əsas amillərdən biri paralel hakimiyyət gerçəkliyi, yaxud daha dəqiq desək, paralel legitimlik iddialarıdır. Formal olaraq seçilən Prezident və hökumət mövcuddur; onun üzərində isə seçilməyən, lakin həlledici söz yiyəsi olan Ali Dini Rəhbər institutu dayanır. Daha dərinə gedəndə isə faktiki olaraq iqtisadiyyata, təhlükəsizliyə və ideoloji nəzarətə sahib olan başqa bir mərkəz – sistemin “sərt nüvəsi” fəaliyyət göstərir. Beləliklə, İran 
 bir-birini nəzarətdə saxlayan, bəzən də bir-birini neytrallaşdıran güc qatları ilə idarə olunur; yəni bir dövlət kimi vahid siyasi iradəsi yoxdur.

Bəli, İran nə İraqdır, nə Suriya, nə də Venesuela; amma eyni zamanda İran, Fars-Molla rejiminin ideoloji təbliğatında tanıdılan monolit və sarsılmaz İran da deyil.

Məhz bu səbəbdən böhranı rejimin idarəetmə strukturunun özü doğurur. Çünki siyasi məsuliyyət parçalanır, qərarvermə mexanizmləri ləngiyir, toplum isə çıxılmazlıq və perspektivsizlik hissi ilə üz-üzə qalır.

Bəs çıxış yolu geriyə dönüşdədirmi yaxud geriyə dönüş çıxış yolu ola bilərmi?
İran İslam Respublikası 1979-cu ildə Şah rejiminin devrilməsi ilə elan olunmuşdu. Hazırda paradoks ondadır ki, mövcud sistem günün tələblərinə cavab vermədiyi halda, bəzi çevrələr yenidən şahlıq, sülalə hakimiyyəti, feodal nostalji variantlarını dövriyyəyə buraxmağa çalışırlar. Bu, mahiyyət etibarilə geriyə baxışdır; burada irəlilik bir şey yoxdur.

Ağsaçlı qoca tarix isə açıq-açığına səslənir: geriyə baxaraq gələcək qurmaq olmur, olmur, olmur!
Şah rejimi İranı çağdaş, ədalətli və çoxmillətli bir topluma çevirə bilmədi; onun yerinə gələn molla rejimi də eyni sınaqdan keçə bilmədi. Deməli, problem şəxslərdə yox, idarəetmə modelində, o modelin kağız üzərində yoxsa gerçək həyatda olub-olmamasındadır.

Əgər İran “cümhuriyyət” adını daşıyırsa, bu ad kağız üzərində qalmamalı, gerçək siyasi, hüquqi və ictimai praktikada özünü doğrultmalıdır; əks halda istər dini liderlik, istər şahçılıq, istərsə də başqa formal adlar altında eyni məzmunun (bəlkə “məzmunsuzluğun” desək, daha doğru olar) davamı baş verəcək.

Bizim – Qalib Azərbaycanın baxışı isə apaydındır; çünki bu baxış məsuliyyətli, ədalətli və açıqdır. Bu proseslərə biganə qalmağımız mümkünsüzdür və biganəliyimiz heç düzgün də olmazdı. Çünki söhbət sıradan “qonşu dövlət”dən getmir – milyonlarla soydaşımızın öz dədə-baba torpağında yaşadığı ölkədən gedir. Sərhədin o tayında baş verənləri öz taleyimizin bir parçası kimi oxuyan bizlər üçün bu hadisələr uzaq planetdə baş verən proseslər sayıla bilməz.

Bəli, burada önəmli fərq var: qalib Azərbaycan emosionallıqdan üstün, strateji məsuliyyətə əsaslanan baxış ortaya qoyur. Biz nə xaos istəyirik, nə qan, nə də xarici güclərin bölgəni yeni geosiyasi oyun meydanına çevirməsini. Biz ədalət istəyirik, ədalət! Sabitlik istəyirik biz. İnsan hüquqlarına söykənən gələcək istəyən də bizik.
Və bu baxışın mərkəzində Güney Azərbaycan, oradakı soydaşlarımız, qandaşlarımız dayanır.

Güney Azərbaycan problemin bir qırağı sayılmamalıdır – çün mövzunun ocağı, mərkəzidir. Təbriz başda olmaqla, İranın geniş coğrafiyasında soydaşlarımız, qandaşlarımız yaşayır. Onlar bu ölkənin tarixi dayağı, demoqrafik sütunu və mədəni enerjisidir. Buna baxmayaraq, onilliklərdir ana dilində tamhüquqlu təhsil yoxdur; milli mətbuat və nəşr məhdudiyyət altındadır; siyasi təmsilçilik formal çərçivəni keçmir; mədəni hüquqlar çox zaman deklarativ səviyyədə qalır.
Əgər İran bütöv qalmaq istəyirsə, bu gerçəkliyi dəyişməlidir. Çünki çağdaş dünyada dövlətin gücü artıq qorxu ilə ölçülmür, ədalətlə ölçülür, ədalətlə. Ana dilində məktəb açmaq, kitab çıxarmaq, mədəniyyətini yaşatmaq vətəndaşın fundamental haqqıdır.

Bu gün İran faktiki olaraq tarixi yol ayrıcındadır:
ya mövcud ərazi bütövlüyünü saxlayaraq gerçək cümhuriyyətə çevriləcək – yəni bütün xalqlar üçün bərabər hüquqlar, hüquq dövləti və mədəni pluralizm yaradacaq ya da islahatları gecikdirərək iç gərginliyi artıracaq və idarəolunmayan proseslərə yol açacaq.

Azərbaycan xalqı parçalanmış xalqdır. Bu, acı tarixi faktdır. Və parçalanmış xalqların gec-tez birlik axtarışına çıxması da tarixi qanunauyğunluqdur. Ancaq bu birlik XXI yüzildə tankla, zorla, romantik şüarlarla gerçəkləşmir – hüquqla, qəbulu mümkün anlaşmalarla, beynəlxalq standartlar çərçivəsində mümkündür.

Bu gün Avropa Birliyi modeli, bölgəsəl inteqrasiya təcrübələri, Türk Dövlətləri Təşkilatı kimi platformlar göstərir ki, birlik həm də hüquqların, bazarların, mədəniyyətlərin və gələcək baxışın birləşməsidir.

Uzun sözün qısası, İran ya inad edib “vİran”a (yəni içdən parçalanmış, özünü inkar edən məkana) çevriləcək ya da çağdaş dünyanın bir parçası olma potensialını gerçək şəkildə ortaya qoyacaq. Bunun açarı zorakılıqda ola bilməz; yeganə açar ədalətdir.

Bəli, Qalib Azərbaycanın baxışı aydın və təmkinlidir:
Biz nə müstəqil respublikamızın sərhədlərində, nə də mədəni-tarixi coğrafiyamızda xaos istəyirik.
Bizim istədiyimiz insan hüquqları, milli haqlar və ədalətli toplumdur.

Ədalət geciksə də, gecikməmiş ədalətsizlikdən üstündür.

Haqq incələr, üzülməz!

BAYRAĞIMIZ UCA, SÖZÜMÜZ ÖTGÜN OLSUN!

Əkbər QOŞALI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Yanvar 2026 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri