İran müharibəsi helium böhranı yaratdı
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Yaxın Şərqdə baş verən İran müharibəsi təkcə enerji bazarlarını deyil, həm də qlobal helium tədarükünü ciddi şəkildə sarsıdıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, helium xüsusilə tibb, texnologiya və sənaye sahələrində əvəzolunmaz resurs sayılır.
Müharibə nəticəsində Qətərdə yerləşən və dünya helium istehsalının böyük hissəsini təmin edən zavodlara zərbələr endirilib. Bu isə qlobal helium istehsalının təxminən üçdə birinin dayanmasına səbəb olub.
Heliumun ən vacib istifadə sahələrindən biri tibbdə MRT (maqnit rezonans tomoqrafiyası) cihazlarıdır. Bu cihazlar çox aşağı temperatur tələb etdiyindən helium olmadan işləyə bilmir.
Bundan başqa, helium yarımkeçirici (çip) istehsalında, kosmik texnologiyalarda və fiber-optik sistemlərdə də geniş istifadə olunur. Onun alternativi demək olar ki, yoxdur.
Mütəxəssislərə görə, bu böhran qlobal miqyasda texnologiya istehsalına, səhiyyə xidmətlərinə və elektronika bazarına mənfi təsir göstərə bilər. Hətta qiymətlərin kəskin artdığı da bildirilir.
Şahanə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 06 Aprel 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















