Icma.az
close
up
RU
İran müharibəsində yeni mərhələ: Trampın masasında hansı plan var?

İran müharibəsində yeni mərhələ: Trampın masasında hansı plan var?

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

ABŞ-ın İran müharibəsində qurudan müdaxilə ssenarisini ön plana çıxarmasını zəruri edən iki səbəb görünür.

Birincisi, hava zərbələrinin tədricən yekunlaşmasıdır: Bu mərhələdə hədəflərə tədricən nail olunduğu İranın hərbi itkiləri fonunda aydın görünür, rejimin süqutu baş verməyib və belə bir vəziyyətdə ABŞ-İsrail ya “qələbə” elanı edərək, geri çəkilməli, ya da müharibəni yeni mərhələyə keçirməlidir.

İkincisi, enerji bazarında yaranmış böhranlı vəziyyətdir: Trampın Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsi məqsədilə koalisiyanın yaradılması çağırışları nəticə vermədi, bunun fonunda İran və Qətərdəki enerji obyektlərinə zərbələrin endirilməsi bazardakı riskləri gücləndirib.

ABŞ Hörmüz boğazında təhlükəsiz keçidi təmin etməklə bazarda stabilliyi bərpa etməli və İranın enerji ixracını bloklamaqla rejimi təslim olmağa məcbur etməli, yaxud ən azından çətin vəziyyətə salmalıdır. Bunun üçün daha öncə gündəmə gələn “Hörmüz boğazına ordunun yeridilməsi” və İranın enerji ixracının əsas mənbəyi olan Xarq adasını nəzarətə götürməlidir. Söhbət İran sahillərinin və adanın ələ keçirilməsindən gedir. “Röyters” agentliyi mənbələrə istinadən müdaxilə qərarı verilməsə də, planın Trampın masasında olduğunu və minlərlə amerikalı əsgərin bölgəyə göndərilməsi üzərində müzakirələrin getdiyini yazır. Üç ssenari gündəmdədir: dəniz və hava qüvvələri ilə Hörmüz boğazında keçidi təmin etmək; İran sahillərinin ələ keçirilməsi; Xarq adasını nəzarətə götürmək.

Əslində quru müdaxiləsi qərarında hər üç ssenarinin eyni vaxtda reallaşdırılması ehtimalı böyükdür. Çünki İranın sahil zolağına nəzarət etmədən Hörmüzdən tam təhlükəsiz keçidi təmin etmək çətindir, bununla yanaşı, mövcud vəziyyətdə rejimə vurula biləcək ən böyük zərbə Xarq adasına nəzarət etmək, neft ixracını dayandırmaqdır. Hava zərbələri mərhələsindən sonra ABŞ və İsrailin İran müharibəsində mümkün yeni addımı bu ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Mart 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri