Icma.az
close
up
RU
İran müharibəsinin kölgəsində Ukrayna niyə yada düşmür?

İran müharibəsinin kölgəsində Ukrayna niyə yada düşmür?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

28 fevral tarixində İsrail və ABŞ-nin İrana başlatdığı hərbi hücumlar bütün dünyanın diqqətini bu münaqişə yönəltdi. Bunun əsas səbəblərindən biri də müharibənin Körfəz ölkələrinə sıçraması olub. Belə ki, hazırda İran ABŞ-nin ərəb ölkələrindəki hərbi bazalarına zərbələr endirir. 

2022-ci ildə bu yana davam edən Rusiya-Ukrayna müharibəsi isə bütün bu hadisələr fonunda sanki unudulub.

Hətta bəzi beynəlxalq analitiklər düşünür ki, ABŞ-İsrail və İran arasındakı müharibə ən çox Rusiya prezidenti Vladimir Putinə sərf edir. Çünki artıq ABŞ-nin başı qarışıb və Ukraynaya lazımi dəstək göstərə bilmir. Bununla yanaşı Rusiyaya qarşı sanksiyalar yumşaldılıb.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu da bildirib ki, ABŞ-İsrail və İran müharibəsi müəyyən qədər Rusiya prezidenti Vladimir Putinin maraqlarına xidmət edir:

“ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə, Yaxın Şərqdə gərginlik, Körfəz ölkələrinin müharibəyə qarışması, əlbəttə, müəyyən qədər diqqəti Rusiya-Ukrayna müharibəsindən yayındırıb. Yaxın Şərqdə gərginlik bir tərəfdən Rusiya prezidenti Putinin maraqlarına da cavab verir. Çünki, həm diqqət yayınıb, həm Amerika Rusiyaya qarşı sanksiyaları yumşaldıb. Beləliklə də, Rusiya Avropaya sata bilmədiyi nefti Asiya ölkələrinə rahatlıqla satır. Həm də müharibəyə görə neftin qiymətləri qalxıb. Bu da Rusiyanın gəlirlərini artırıb. Amma əgər ABŞ İranı ram edərsə, bu, Putinə,əslində, böyük zərbə olacaq. Yəni müəyyən qədər diqqət yayındırılsa da, Rusiya-Ukrayna cəbhəsində gərginlik yenə də davam edir. Müharibənin şiddəti azalmayıb. Ukrayna ordusu əks-hücumlər həyata keçirir. Ukrayna Rusiyanın enerji mənbələrinə zərbələri davam etdirir. Hətta üç gün ərzində Rusiya 7 min hərbçisini itirib. Yəni gərginlik yenə də qalır, sadəcə diqqət bir qədər yayınıb və danışıqlar arxa plana keçib. Amma bundan Ukraynaya böyük zərər gəlməyib. Ukrayna müqavimətini davam etdirir və işğalla da barışmır".

E.Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin necə nəticələnəcəyi ilə bağlı da danışıb:

"Açığı müharibənin sonu hələ görünmür. Müharibə hələ davam edəcək. Hazırda nə Rusiya irəliləyib işğalı genişləndirərək Donbasın tamamını nəzarətə götürür, nə də Ukrayna öz ərazilərini azad edə bilir. İkisi də faktiki  olaraq, cəbhə bölgəsində ilişiblər. Belə şəraitdə danışıqlarda da uğur qazanılmayacaq. Gərək Rusiyada  hakimiyyət dəyişikliyi baş verə və onlar reallığı anlayalar. Yəni, xeyli itki veridiklərini, iqtisadiyyatlarında problemlərin olduğunu başa düşələr. Beləliklə də, bəlkə, əllərində olanla kifayətlənərlər. Çünki Ukrayna Rusiyanın indiyədək işğal etdiklərinin əlində qalması ilə razıdır. Amma Rusiya bununla kifayətlənmək istəmir. Putin Donbasın tamamını istəyir. Belə şəraitdə əlbəttə ki, nəticə olmayacaq. Yaxın Şərqdəki müharibə yəqin ki, qısa müddətdə hansısa formada bitər. Amma Rusiya-Ukrayna müharibəsinin qısa müddətdə bitəcəyini proqnozlaşdıra bilmərik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Mart 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri