Icma.az
close
up
RU
İran münaqişəsi ilə bağlı SENSASİON AÇIQLAMA KONKRET

İran münaqişəsi ilə bağlı SENSASİON AÇIQLAMA KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Yaxın Şərqdə artan hərbi gərginlik, xüsusilə İran ətrafında baş verən qarşıdurmalar region ölkələri ilə yanaşı, coğrafi baxımdan yaxın dövlətlər üçün də müəyyən risk ehtimalları yaradır. Azərbaycan İranla uzun quru sərhədinə malikdir və xüsusilə ölkənin cənub bölgələri mümkün hərbi eskalasiyalar fonunda ictimai narahatlığın mərkəzinə çevrilib.

Hərbi əməliyyatlar zamanı buraxılan raket və ya pilotsuz uçuş aparatlarının trayektoriyasının dəyişməsi, texniki nasazlıq və ya müdaxilə nəticəsində sərhədyanı ərazilərə düşməsi ehtimalı istisna edilmir. Bu isə “Azərbaycan və Türkiyə üçün real təhlükə varmı?” sualını aktuallaşdırır.

Mövzu ilə bağlı KONKRET.az-a eksklüziv açıqlama verən türkiyəli siyasi şərhçi İsmayıl Cingözlə olan müsahibəni təqdim edirik:

— Əgər təsadüfi sursat düşməsi halı baş versə, bu, beynəlxalq hüquq baxımından necə qiymətləndiriləcək?

— İsrail və Amerikanın İrana hücumu ilə birlikdə bütün diqqət Yaxın Şərqə çevrilib. İran coğrafi baxımdan böyük bir ölkədir və mühüm mövqeyə malikdir. Dünya enerji geosiyasətinin ən önəmli mərkəzlərindən olan Bəsrə körfəzinin ən böyük sərhəddi bu pozisiyadadır. Və Bəsrə körfəzinin Umman dənizinə çıxış nöqtəsi olan Hörmüz boğazının ən önəmli nəzarət mərkəzi İran tərəfində yerləşir. Bu səbəblə, dünya olaraq bu məsələ yaxından izlənilir. Eyni zamanda uzun quru sərhəddi və tarixi bağları olması fonunda Türkiyə və Azərbaycanın da bu bölgə ilə maraqlanmağı vacibdir. Atılan raketlərin sərhəddi keçərək Türkiyəyə və ya Azərbaycana düşməsi halında “nələr edilə bilər” mövzusu əlbəttə ki, araşdırma tələb edir. Burada məsələyə həm hərbi, həm də qonşuluq münasibətləri prizmasından yanaşmaq olar.

— Türkiyə hava hücumundan müdafiə sistemləri sərhədyanı risklərə qarşı hansı səviyyədə hazırdır?

— Türkiyənin hava hücumundan müdafiə sistemləri ümumən mümkün bir raket və ya təsadüfi düşən sursatın dayandırılması üçün ciddi mənada müdafiəyə sahibdir. Amma, əlbəttə ki, texniki olaraq sərhədi aşa bilmə ehtimalını da nəzərə alaraq, bununla bağlı Türkiyə və Azərbaycan qiymətləndirmə aparır.

— İrandan Azərbaycan və Türkiyəyə sığınmaq üçün axın ola bilərmi?

— Türkiyə sərhəd xətti boyunca mümkün sərhəd miqrasiyası, sığınma dalğasına qarşı hazırlıqlarını geniş mənada həyata keçirməkdədir. Azərbaycanın da eyni şəkildə hazırlıqlı olduğunu düşünürük. Çünki İranda sivil xalqa qarşı intensiv bir hücum həyata keçirilərsə, bu insanlar canlarını, mallarını qurtarmaq, həyatda qalmaq üçün Türkiyə və Azərbaycana doğru hərəkətlənərək sərhəddi keçmək istəyə bilərlər. Ona görə də lazımi tədbirlər əlbətdə ki, görülür. Cənubi Azərbaycanda 35 milyon türkün olduğu, İranın digər bölgələrində yaşayan Hunza türkləri və qaşqaylar, türkmənlər kimi fərqli türk boylarındakı insanları qiymətləndirdiyimiz zaman, təxminən 45 milyon türkdən bəhs edilir və bunların əksəriyyəti Azərbaycan və Türkiyə sərhəddi yaxınlığındadır. Onlar mümkün və təhlükəli hucumlara məruz qaldıqları təqdirdə, qorunmaları üçün Azərbaycan və Türkiyəyə üz tuta bilərlər və biz buna hazırlıqlı olmalıyıq. Türkiyə bu məsələlərdə zaman-zaman açıqlamalar verir.

— Müasir raket sistemlərində hədəfdən yayınma və ya nəzarətdən çıxma halları nə dərəcədə mümkündür?

— Türkiyənin hava hücumundan müdafiə sistemlərinin riskləri minumuma endiriləcək səviyyədədir. Fəqət, radarları və hava hücumundan müdafiə sistemlərindən yan keçərək, nəzarəti itirərək düşmə ehtimalı bütün müharibə texnikalarına rəğmən mümkündür. Belə bir vəziyyətdə bu raketlərin mənşəyinə baxılır və hüquq qaydalar çərçivəsində cavabdehlik tələb edilir. Türkiyə münaqişə yaranmamışdan öncə, mövcud halda da diplomatik fəaliyyəti intensiv şəkildə davam etdirir. Təhdid mənasında Azərbaycanda daxili münaqişə yaratmaq cəhdi olarsa, İrandakı türklərin qorunması üçün Türkiyə və Azərbaycanın müstəqil və ya ortaq şəkildə İran tərəfinə beynəlxalq hüququn, Birləşmiş Millətlərin 51-ci maddəsi çərçivəsində əməliyyat təşkil etmə hüququ var. Belə bir vəziyyət yaranarsa, Azərbaycanın da Türkiyənin də lazımi müdaxilələri etməsi üçün imkan və qabiliyyətləri, hərbi və siyasi gücü olduğu unudulmamalıdır.

Söhbətləşdi: Dəniz Pənahova
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Avqust 2026 04:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri