İran NATO rəhbərini tənqid etdi: Avropa münaqişədə bitərəf deyil
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi NATO Baş katibi Mark Ruttenin son açıqlamalarına münasibət bildirib.
Redaktor.az xəbər verir ki, Bəqayi X sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Mark Ruttenin Avropanın münaqişədə iştirakı ilə bağlı fikirlərinin qitənin bu qarşıdurmada bitərəf olmadığını göstərdiyini iddia edib.
Məlumata görə, İran rəsmisi öz ərazilərini, hərbi bazalarını və infrastrukturunu təcavüzkar tərəfə açan dövlətlərin həyata keçirilən hərbi əməliyyatların və onların nəticələrinin məsuliyyətindən yayınmasının mümkün olmadığını bildirib.
Bildirilib ki, Bəqayi bu mövqenin Avropanın münaqişədə birbaşa iştirak etdiyini təsdiqlədiyini vurğulayıb.
Qeyd olunub ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mark Ruttenin açıqlamalarını "siyasi itaətkarlıq" kimi qiymətləndirib. O, NATO rəhbərinin mövqeyini güc nümayişi deyil, müəyyən dairələrə xidmət edən siyasət kimi xarakterizə edib.
Bəqayi bildirib ki, Vaşinqtonun gözündə səmərəsiz hesab edilən bir təşkilatın bu cür yanaşmalarla daha təsirli hala gətirilməsi mümkün deyil. Onun sözlərinə görə, bu tip ritorika NATO və onun rəhbərliyinin nüfuzuna mənfi təsir göstərir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 09 İyul 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















